Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


22.05.2018  20:31 

Həddindən artıq təmizlik xərçəngə səbəb olur — Alimlər açıqladı





A+  A-

İngiltərənin xərçəng xəstəliyi üzrə məşhur həkimlərindən olan professor Mel Grives mikroblardan təmizlənmiş müasir həyat tərzinin uşaqlarda ən çox rast gəlinən xərçəng növlərindən birinə səbəb olduğunu bildirib.
XəzərNews.az xəbər verir ki, “Akut limfoblastik” qan xəstəliyi hər ikimin uşaqdan birinə təsir edir. Xərçəng Tədqiqatları İnstitutununun alimi bildirib ki, 30 ildir aparılan tədqiqatlarda görülən sübutlara əsasən, həyatın ilk illərində kifayət qədər mikroba məruz qalmayan insanlarda immunitet sistemi kanserogen olur.

Bu, həm də xəstəliyin qarşısının alına biləcəyi mənasına da gəlir. Bu növ qan xərçəngi xəstəlikləri firavan cəmiyyətlərdə daha çox üzə çıxır. Vəziyyət müasir həyatımızdakı bir ünsürün xəstəliyə səbəb ola bildiyindən bəhs edir.

Əvvəllər isə alimlər xəstəliyə kabel, elektro maqnit dalğaları və kimyəvi maddələrin səbəb ola biləcəyini söyləyirdilər.
Professor isə xəstəliyin üç mərhələdə aşkar edildiyini bildirib:
Birinci mərhələdə qarşısı alınmayan haldır. Bu zaman ana bətnində bir mutasiya baş verir.

İkinci isə həyatın ilk ilində müxtəlif mirkoblara məruz qalmadığı üçün immunitet sistemi zəif inkişaf edir.

Üçüncü isə uşaq vaxtı baş verən infeksiya səbəbindən immunitet sisteminin səhv işləməsi qan xərçənginə səbəb olur.

Xəbər 2992 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +