“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı


03.11.2025  19:34 

“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə





A+  A-

Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbdə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil missiyası” adlı forum keçirilib. Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

XəzərNews.az xəbər verir ki, forumun məqsədi gənc müəllimlərin milli-mənəvi dəyərlərə sadiq şəkildə təhsildə suverenlik missiyasını gücləndirmək, maarifləndirici və təşəbbüskar fəaliyyətlərini dəstəkləməkdir.

Forumun rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqlərində Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova gənc müəllimlərin ölkənin gələcək inkişafında oynadığı mühüm roldan danışıblar.

Forum çərçivəsində AGMA-nın sədr müavini, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Səltənət Qurbanova “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. Spiker uşaq hüquqlarının qorunması, təhlükəsiz təhsil mühitinin yaradılması və müəllimlərin bu istiqamətdə məsuliyyətli yanaşmasının vacibliyini vurğulayıb. Forum iştirakçıları bu kimi görüşlərin müəllimlərin peşəkar inkişafına, həmçinin gənc nəsildə milli ruhun güclənməsinə mühüm töhfə verdiyini bildiriblər.

İsmayıl Rəhimoğlu





Xəbər 2335 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +