Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


15.07.2025  11:38 

İbrahim Tatlısəs dostunu ifşa etdi





A+  A-

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs bu dəfə illərin dostu ilə yaşadığı qalmaqalla gündəmə gəlib.

XəzərNews.az Türkiyə mediasına istinadla xəbər verir ki, "İmparator" ləqəbli sənətçi 40 illik dostu Həsən Bor ilə münasibətlərinin pozulduğunu bildirib və onun tərəfindən təhdid edildiyini açıqlayıb. Tatlısəs bu barədə şəxsi “Instagram” hesabında paylaşım edərək, sərt reaksiyasını ortaya qoyub.

Sənətçi paylaşımında bunları deyib:

“40 il çörək verdiyim, hər şeyini təmin etdiyim, mal-mülk sahibi etdiyim insan məni təhdid edir. ‘Həbsxanadan adamlar çıxardıb, səni yox etdirəcəyəm’ deyir. Sən kimsən axı? Səni mən var etmişəm!”

O, paylaşımına davam edərək bildirib ki, həmin şəxsə çox yaxşılıq etdiyini, lakin sonda xəyanətlə üzləşdiyini görüb:

“Sənə ev verdim, maşın verdim, kredit kartları verdim, nə istədinsə etdim. Amma sən nə etdin? Məni kürəyimdən vurdun. Səssiz qaldım deyə məni qorxaq bildin? Yanılırsan!”

Qeyd edək ki, Tatlısəsin bu emosional paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xəbər 1491 dəfə oxunub.




08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +