Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


12.04.2024  09:51 

Səfir Lviv vilayətində... - Azərbaycan icması və diaspora nümayəndələri ilə görüşdü





A+  A-

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Lviv vilayətinə işgüzar səfər edib.

Xəzərnews.az Diaspora.TV- yə istinadla xəbər verir ki, səfər zamanı S.Mərdəliyev Lviv vilayətində yaşayan Azərbaycan icması və diaspora təşkilatlarının nümayəndələri ilə görüşüb.

Görüşdə səfir Azərbaycan dövlətinin diasporumuza verdiyi əhəmiyyət və qayğı, diaspor təşkilatlarının fəaliyyətlərinin məhsuldar və faydalı olmaları üçün tövsiyələr barədə danışıb, həmvətənlərimizin təkliflərini dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıb.

Lviv vilayətində diasporamızın sağlam inkişaf etdiyi, fəaliyyətinin məhsuldar olduğu qeyd edilib, pandemiya və müharibə çətinliklərinə baxmayaraq keçirilən tədbir və təşəbbüslər barədə məlumat dinlənilib.

Görüşdə, həmçinin Lvivda Azərbaycan məktəbinin yaradılması, Qərbi Ukraynada yaşayan soydaşlarımıza konsulluq xidmətlərinin asanlaşdırılması, sənədlərinin hazırlanması və digər aktual məsələlər də müzakirə olunub. S.Mərdəliyev müharibə şəraitində soydaşlarımızın təhlükəsizliyi məqsədilə tövsiyələrini bölüşüb, Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb.

Səfər çərçivəsində səfir S.Mərdəliyev Lviv 1 saylı şəhər klinik xəstəxanasında yaradılmış Azərbaycanın dahi oftalmoloqu, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə baş çəkib, mərkəzin fəaliyyəti və ehtiyacları ilə tanış olub, Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini olmuş Sadıq bəy Ağabəyzadənin Lvivda yerləşən məzarını ziyarət edib.

Səfər çərçivəsində S.Mərdəliyev Lviv Vilayət Dövlət Administrasiyası, Lviv və Truskovetsk şəhər şuralarının rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirələr aparıb. Rəsmi görüşlərdə mövcud şəraitdə mümkün əməkdaşlıq təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb, razılıqlar əldə edilib.

Ukrayna rəsmiləri Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib və təşəkkürlərini ifadə ediblər.

Səfər çərçivəsində “Birlikdə güclüyük” şüarlı poçt markasının möhürlənməsi baş tutub. Mərasimdə S.Mərdəliyev, Qərb regionunda “Ukrpoşta" SC-nin direktoru Yevgeni Savçuk, "Zaxidnadraservis" Şirkətlər Qrupunun baş direktoru Stepan Kozitski və ictimai fəal Yuri Kotik Azərbaycan-Ukrayna dostluğuna həsr olunaraq cəmi min ədəd buraxılmış markanı möhürləyərək təqdim ediblər.







Xəbər 4253 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +