“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


04.03.2022  21:43 

Rusiya iqtisadiyyatı defolta gedir





A+  A-

Müharibədən öncə maliyyə savaşı Rusiya iqtisadiyyatını çökdürür.

Standard and Poor`s (S&P) beynəlxalq agentliyi Rusiyanın kredit reytinqini BB-dən CCC-yə endirdi, D-ə (defolta) bir neçə addım qaldı. Fitch Ratings xarici valyutada artıq defolta endirib. Moody`s Investors Service hökümətin dövlət borclarını ödəməqabliyyətini itirdiyini bildirib. Yandex, VTB də səhmdarlarını defolt riski barəsində xəbərdarlıq edib.

Dövlət Neft Fonduna vaxtında nə qədər çağırış etsəm də VTB-dəki pullarını, rublla olan aktivlərini geri çəkmədi və ARDNF ən azı yarım milyard dollar itirdi.

Microsoft, Hermes, Swarovski, Panasonic də Ukraynadakı hadisələrdən narahatlığını ifadə edib, Rusiyada fəaliyyətini dayandırdı. BP, Shell və Exxon da rusiya enerji bazarını bəyanatla tərk edib.

S7 avia şirkəti sabahdan bütün istiqamətlər üzrə beynəlxalq reyslərini təxirə saldı.

Deutsche Welle, "Meduzi", "BBC" və "Azadlıq radiosu"nun Rusiyada fəaliyyəti tam və ya qismən dayandırılıb. "Exo Moskva" və "Dojd" saytları, “Facebook”, “Twitter” sosial şəbəkələri və “Apple”, “Google” tətbiq (əpp) mağazaları da bloklanıb.

Dövlət Duması "Rusiya ordusu haqqında fake (saxta) məlumatlar yaymağa" görə 10 il, bu ağır nəticələrə gətirib çıxararsa 15 ilə qədər həbs cəzası ilə bağlı düzəlişləri qəbul etdi, 401 nəfər bu düzəlişin leyinə səs verib.

Sovet İttifaqına xoş gəlmisiniz!

Qubad İbadoğlu

Xəbər 3668 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +