Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


18.11.2022  18:10 

“Sədərək”də sahibkarı döyərək 30 min manatını alan tutuldu





A+  A-

Bir neçə gün əvvəl “Sədərək” ticarət mərkəzinə gələn naməlum şəxs orada sahibkar Şakir Ağayevi döyərək onun 30 min manat pulunu oğurlamışdı.

XəzərNews.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, noyabrın 11-də naməlum şəxslər ticarət mərkəzində mağaza işlədən sahibkar Ağayev Şakir Fərhad oğlunu izləyiblər. Onlar iş gününün sonunda ətrafda kimsənin olmadığı vaxt mağazaya basqın ediblər. Biznesmenin baş nahiyəsinə təsərrüfat qayçısı ilə zərbələr endirən şəxslər mağazadakı 30 min manat pulu götürərək uzaqlaşıblar.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.



Xəbər 1060 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +