14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


24.11.2023  18:32 

“Problem müəllimlərin maaşının çox aşağı olmasıdır“ - Deputat





A+  A-

Hazırda Azərbaycan universitetlərində dərs keçən müəllimlərin əksəriyyəti yaşlı müəllimlərdir. Doğrudur, danılmaz faktdır ki, onlar arasında çox savadlı akademiklər, alimlər var. Amma tələbələr daha çox dövrlə ayaqlaşan, daha gənc müəllimlərin dərslərini yaxşı anladıqlarını bildirirlər. Tələbələr fikirlərini onların keçdiyi dərsin daha praktik olması ilə əsaslandırırlar.

Bəs, gənc müəllimlərin sayının az olmasının səbəbi nədir? Onların qarşısında "əngəllər"mi var, yoxsa özləri maraq göstərmirlər? Həqiqətən də, gənc müəllimlərin çoxluğu təhsildə nəyisə dəyişə bilər?

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov söylədi ki, ilk problem müəllimlərin maaşının çox aşağı olmasıdır:

"Bəzi universitetlərdə müəllimlər 600-700 manat maaş alır və bu gün heç kim 600-700 manata gedib universitetlərdə müəllim işləmək istəmir və ya alim olmaq istəmir. Ona görə biz birinci maaşlar məsələsinə baxmalıyıq. Maliyyə Nazirliyinin dediyinə görə, bu istiqamətdə addımlar atılır, amma müəllimlərin maaşı məsələsi öz həllini tapmalıdır. Bu çox önəmli bir məsələdir. İkinci məsələ odur ki, ölkəmizdə elmi dərəcə almaq çox müşkül və çətin bir prosesdən keçir. Bu proses o qədər qəlizləşdirilib ki, heç kim elmi ad almaq istəmir, heç kim elmi iş müdafiə etmək istəmir. Həddindən artıq çox sənədlərin tələbi, bürokratiya, maneələr ona aparır ki, gənclər artıq bu məsələdən iyrəniblər və bu çətinliyə görə ümumiyyətlə heç kim alim olmaq istəmir. Bu gün bu ağır bir prosesdir, bunun sadələşdirilməsinə ehtiyac var, qəlizləşdirməklə problem yaranır. Misal üçün, bu gün elmi dərəcə almaq üçün şərtlərdən biri ingilis dili bilməkdir. Magistraturaya, doktoranturaya qəbul olunmaq istəyənlərin çoxu ingilis dilindən kəsildiyinə görə oxuya bilmir, təhsilinə davam edə bilmir".

Millət vəkili dedi ki, bəzi universitet rektorları yaşlı müəllimlərin əlində aciz qalıblar, onları çıxarda bilmirlər.

"Ya kiminsə qohumudurlar, ya tanışı, ya müəllimidir. Bu da prosesə öz təsirini göstərir. Amma burada digər bir incə məsələ isə biz "soyqırımı" da törətməli deyilik. Yaşlı müəllimlərin bilik və təcrübəsinin gənc nəslə ötürülməsi üçün addımlar atmalıyıq. Bu istiqamətdə müəyyən işlər görməliyik. Təəssüf ki, yeni nəslin yetişməsində də problemlər var. Yaşlı nəslin müəyyən təcrübəsi var, o təcrübədən istifadə edirlər. Ağıllı və planlaşdırılmış formada bir siyasətin həyata keçirilməsinə ehtiyac var. Yaşlı müəllimlərə böyük hörmətim var və onların təcrübəsindən istifadə olunması fikrindəyəm. Amma 80 yaşında kafedra müdiri, müəllim olmaz axı?! Bəzən əsaslandırırlar ki, maaşımız azdı falan , amma onlar ən azından təqaüd alırlar. Onlar gənclərin də qarşısını kəsmiş olurlar, gənclərin inkişafına mane olmuş olurlar, bunu da nəzərə almalıdırlar. Ümumiyyətlə, bu məsələdə çox ciddi problemlər var. Təəssüf ki, universitetlərdə müəllimlərin işə qəbulunda hələ də neqativ hallar yaşanır. Deyirik ki, gənclər niyə gəlmir? Çünki bəzi universitetlər gənclərə də qapını açmırlar, imkan vermirlər ki, gənc müəllimlərə gəlsinlər, fəaliyyət göstərsinlər".

Xəbər 1810 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +