Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


06.12.2022  12:22 

Qan azlığını aradan qaldıran bitkilər...





A+  A-

Qan azlığı bir xəstəlik deyildir, xəstəliyin nişanəsidir. Adətən dəmir azlığı o zaman baş verir ki, insan onu lazım olan qidalardan əldə edə bilmir. Qan azlığına qarşı yardım edən bitkilərin tərkibində adətən dəmir zəngin olur.

Onlarla tanış olaq:

1. Gicitkən.

Bu bikti dəmirlə zəngin olan bitkidir. Əgər qidalarda olan dəmirin yaxşı cəzb olunmasını istəyirsinizsə, onu C vitamini ilə bir yerdə qəbul edin. Gicitkən elə bir bitkidir ki, tərkibində həm dəmir vardır, həm də C vitamini. Gicitkəni həm təzə şəkildə yeməklərdə istifadə edə bilərsiniz, həm də quru şəkildə çay kimi dəmləyə bilərsiniz.

2. Xurma.

Xurma elə meyvələrdəndir ki, təkbaşına sizə gündəlik enerjini verə bilir. Xurmanın lifləri yağların azaldılmasına yardım edə bilir. Xurmanın tərkibində dəmir vardır ki, qan azlığına qarşı müsbət təsir göstərər. Xurmanın faydaları çoxdur və o cümlədən: yuxunun rahat olmasına yardım edər, eşitmə və görmə qabilyyətini gücləndirər, mikrob və göbəliə əleyhinədir və immun sistemini gücləndirər. Ana südünü artırar və hamiləliyin rahat keçməsinə səbəb olar. Yeməyi həzm edər, mədəni gücləndirər. Susuzluğu aradan qaldırar və sinədəki bəlğəmi təmizləyər.

3. Püstə.

Püstə də o bitkilərdəndir ki, qan azlığını aradan qaldıra bilir və dəmirlə zəngindir. Mütəxəssislər müəyyən etmişdirlər ki, püstənin tərkibində olan yağ turşuları xolesterinin aşağı düşməsinə yardım edir və ona görə də ürək üçün faydalıdır. Bu alimlərin nəzərinə görə, əgər insan hər gün 43 qr püstə yeyərsə, sözügedən təsirə malik olar.

4. Qara zirə.

Zirənin ən çox faydalarını mədə və bağırsaq spazmaları zamanı görmək olar. Bu bitki mədəni təhrik edər ki, qidanı tez həzm etsin, həm də sidikqovucudur. Bu bitki həm də qan azlığına müsbət təsir göstərir. Bu bitkidən çörək məhsullarının ətirləndirilməsində istifadə edilər. Xüsusilə də qara çörəklərin. Bu bitkidən pendirlərdə və şirniyyatda da istifadə olunur. Həmçinin sabunların ətirləndirilməsində də ondan istifadə edirlər.

Tahir Abbaslı
XəzərNews.az

Xəbər 1411 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +