Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


29.01.2019  16:03 

Biləcəridə “ağac soyqırımı“ ilə bağlı bələdiyyə sədri susur, nazirlik isə polisə müraciət etdi - Fotolar





A+  A-

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 284 №-li tam orta məktəbin qarşısındakı nisbətən böyük şam ağacı gecə ilə dibindən çıxarılaraq aparılıb.
Ərazidə yaşayan sakinlərin XəzərNews.az-a verdiyi məlumata və göndərdikləri fotolardan bəlli olur ki, "yaşıl soyqırımı" yaxın bir-iki gündə baş verib.
Sakinlər bildirib ki, ağacın çıxarıldığı ərazidə obyekt tikiləcəyi istisna olunmur.

Xatırladaq ki, hazırda Biləcəri bələdiyyəsinə İlham Xəlilov rəhbərlik edir. İ.Xəlilov illər öncə da Biləcəri bələdiyyəsinin sədri vəzifəsini icra edib. Sonradan yol verdiyi ciddi nöqsanlar səbəbindən vəzifəsindən azad olunub, "MTN işi"ndə zərərçəkmiş kimi Akif Covdarovun üzünə durub. Qeyd edib ki, A.Covdarov ondan külli miqdarda haqq alıb.
İ.Xəlilov son 6 aydır yenidən Biləcəri bələdiyyəsinin sədri təyin olunub.

Mövzu barədə İlham Xəlilovdan münasibət öyrənmək istəyimiz isə nəticəsiz oldu. Belə ki, İ.Xəlilovun telefonuna cavab verən şəxs zəngimizin məqsədini öyrəndikdən sonra bələdiyyə sədrinin sürücüsü olduğunu bildirdi və dəstəyi asdı. Daha sonra isə zənglərimizə cavab verən olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mövzu ilə bağlı XəzərNews.az-a açıqlamasında bildirdi ki, məsələ ilə bağlı nazirlik tərəfindən polis orqanına müraciət olunub: "Bəli, qeyd etdiyiniz problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Bu müraciətdən sonra əməkdaşlarımız dərhal araşdırma apardı və Biləcəri qəsəbəsində yerləşən 284 №-li tam orta məktəbin qarşısındakı şam ağacının gecə saatlarında çıxarıldığı məlum oldu. Bundan sonra isə məsələnin daha ətraflı araşdırılması və təqsirkarların tapılması üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət etdik. Qeyd edim ki, məktəbin qarşısında kökündən çıxarılan ağacın yerində əməkdaşlarımız tərəfindən kiçik ağaclar əkilib."




Xəbər 1702 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +