Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


20.10.2018  11:30 

Füzulidə 9 ayın yekunları müzakirə olunub





A+  A-

Füzuli rayon İcra Hakimiyyətində 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, hesabat iclasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri iştirak edib.

İclasda Alı Alıyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2018-ci ilin 9 ayı rayonda bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olub, əhalinin həyat səviyyəsi yüksəlib, uğurlar artıb.

Alı Alıyev rayonun 2018-ci ilin 9 ayının iqtisadi göstəriciləri barədə danışıb. Bildirib ki, yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışının həcmi 126484.3 min manat olub. Məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı və xidmət sahələri təşkil edib.

Ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafından danışan Alı Alıyev bildirib ki, hesabat dövründə rayon ərazisində 2100 ha sahədə pambıq əkilib, 38 tondan artıq yaş barama istehsal olunub. Pambıqçılıq və baramaçılıq sahəsində minlərlə insan mövsümü işə cəlb olunmaqla onların məşğulluğu təmin edilib, sosial-rifah halları yaxşılaşdırılıb.

Müzakirələr zamanı Füzuli rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, taxılçılıq, pambıqçılıq, baramaçılıq, şəkər çuğunduru, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışı, uğurlarla yanaşı problemlər də qeyd etmiş, 2018-cı ilin sonuna kimi qarşıda duran vəzifələr müəyyənləşdirilib.




Xəbər 1670 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +