Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


21.04.2017  12:24 

Azərbaycanda bu işçilər dövlət qulluqçusu statusunu itirirlər – RƏSMİ AÇIQLAMA





A+  A-

Bir sıra dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar olaraq, əvvəl həmin orqanda çalışmış şəxslər dövlət qulluqçusu statusunu itirir və publik hüquqi şəxsdə əmək müqaviləsi əsasında çalışırlar.
Bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) irektorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
B.Xəlilov bildirib ki, hazırda Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinə namizədlər seçmək üçün müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır:
"Dövlət qulluğu haqqında" qanuna bir sıra dəyişikliklər edildiyindən müsabiqənin, o cümlədən test və müsahibənin keçirilməsində bir sıra dəyişikliklər olub. Bu günə normativ-hüquqi baza tam formalaşmayıb. Ona görə də gözləyirik ki, bütün normativ-hüquqi aktlar qəbul olunsun".

B.Xəlilov qeyd edib ki, qanunvericiliyə uyğun olaraq, bütün dövlət orqanları vakant vəzifələri DİM-ə təqdim edirlər və onlar da Mərkəz tərəfindən emal edilir:

"Biz müsabiqənin keçirilməsi üçün hazırlıq işləri aparırıq. Çünki vakant vəzifəni elan etmək kifayət deyil. Bütün vakant vəzifələrin tutulması şərtləri göstərilməlidir. Namizədlərin xüsusi bilik və bacarıqlarına dair tələblər göstərilməlidir. Vəzifə təlimatları tam olmalıdır ki, bizim vətəndaşlar da seçim aparanda tam aydın şəkildə görsünlər ki, nə işlə məşğul olacaqlar və həmin vakant vəzifələnin tutulmasına hansı tələblər qoyulur".

O əlavə edib ki, dövlət qulluğuna qəbul üçün müsahibə qaydalarında da dəyişikliklər olub:
"Müsahibənin keçirilməsi qaydaları müvafiq orqanlara təqdim olunub və biz bu yaxınlarda həmin qaydaların təsdiq olunmasını gözləyirik. Dəyişikliklər elə də çox deyil. Əvvəllər müsahibə komissiyası ən azı 3 nəfərdən ibarət idi. Dəyişiklikdə nəzərdə tutulub ki, üzvlərin sayı 5 olsun".

B.Xəlilov bildirib ki, dövlət qulluğunda vakant vəzifələr kateqoriyalar üzrədir. Hazırda 7 kateqoriya üzrə dövlət qulluğu vəzifələri var.

(trend.az)

Xəbər 1857 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +