Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


20.04.2017  16:42 

Samir Şərifov Hollandiya fonduna da zərbə vurub - Bir gündə 40 milyon dollar





A+  A-

Hollandiyanın Valyuta Mübadiləsi Fondunun (TCX) baş müşaviri və vitse-prezidenti Harald Hirşhofer Azərbaycanda valyuta məzənnələrinin kəskin dəyişməsinə görə bir gündə 40 milyon dollar itirdiklərini bildirib
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Harald Hirşhofer Afrikada keçirilən maliyyə və investisiya forumu zamanı yerli mediaya müsahibəsində deyib.

Harald Hirşhoferin bildirdiyinə görə TCX valyuta investisiyaları üzrə qlobal miqyasda innovativ həll yolları təklif edən fonddur. “Biz son 10 ildə milyonlarla əmanətçini xarici və inkişaf etməkdə olan bazarlarda yerli valyutaların kəskin dəyərdən düşməsinin dəhşətli nəticələrindən müdafiə etmişik”-o deyib.

Harald Hirşhofer bildirir ki, TCX tərəfdaşlarına maliyyələşmə təklif etmir. Əvəzində bütün dünya üzrə investisiya layihələri üzrə risklərin idarə edilməsi üçün müxtəlif alətlər təqdim edir. “İstənilən başqa tip sığorta provayderi kimi itkilər bizim biznesimizin də bir hissəsidir. Məsələn, biz Azərbaycan Mərkəzi Bankının artıq öz valyuta siyasətini davam etdirmək imkanında olmadığına görə (tənzimlənən məzənnə siyasətindən imtina nəzərdə tutulur.-red) bir gündə 40 milyon dollar itirdik. Lakin bu, çox güman ki, minlərlə yerli firmanı və kreditorları ciddi maliyyə çətinliklərindən xilas etdi”- Harald Hirşhofer bildirib.

“Azpolitika” qeyd edir ki, Azərbaycanda manatın kəskin devalvasiyası Mərkəzi Bankın sədri Elman Rüstəmovun deyil, maliyyə naziri Samir Şərifovun adı ilə bağlıdır. Hökumətə yaxın mənbələrin sözlərinə görə, Elman Rüstəmov 21 dekabr devalvasiyasında dolların məzənnəsinin 1.10-1.20 qəpik civarında müəyyənləşdirilməsini təklif edib. Lakin Samir Şərifov Elman Rüstəmovdan fərqli olaraq sərt devalvasiyasının tərəfdarı olub. . Məhz onun təkidi ilə manatın dollarla məzənnəsi 1 manat 55 qəpik müəyyən edilib. Sonra da sürətlə artırılaraq 2 manata yaxınlaşdırılıb. Yalnız Samir Şərifov proseə nəzarətdən kənarlaşdırıldıqdan sonra manatın məzənnəsi nisbətən möhkəmlənib və 1,70 ətrafında qərarlaşıb.


Xəbər 1968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +