14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


01.04.2017  12:29 

Sabah Ermənistanda parlament seçkiləridir





A+  A-

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək.
XəzərNews.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu gün "sükut günü"dür.

Səsvermə aprelin 2-də yerli vaxtla saat 8.00-da başlayacaq, saat 20.00-da başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın yarı prezident üsul-idarəsindən parlament üsul idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq.

Parlament seçkisi Ermənistan prezidenti Serj Sarkisyanın ikinci səlahiyyət müddətinin başa çatmasına 1 il qalmış keçirilir.

Seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edir.

Respublika Partiyasının lideri olan prezident Serj Sarkisyanın adı partiyanın seçki siyahısına daxil edilməyib. Seçki siyahısına 4 ay əvvəl müdafiə naziri təyin olunmuş və bundan bir ay sonra hakim partiya üzvü olmuş Vigen Sarkisyan başçılıq edir. Seçkilərdə hakim düşərgənin əsas rəqibləri qismində Ermənistan Milli Konqresi və “Ohanyan-Raffi-Oskanyan” bloku göstərilir.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və 1999-cu ildə parlamentdə təxribat nəticəsində öldürülən spiker Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyanın başçılıq etdiyi “Xalq” partiyası seçkilərə eyni blokda qatılıb. Onlar Qarabağ problemini həll etmək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq proqramını seçkilərdə əsas məsələ kimi qoyublar. Son sorğular Ermənistan Milli Konqresinin hakimiyyət üçün problem yarada biləcəyini göstərir.

“Ohanyan-Raffi-Oskanyan” blokuna sabiq müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyan başçılıq edirlər. Blokun lideri Seyran Ohanyan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətini açıqlayıb.

“Tsarukyan” blokunun da hakim partiyaya müəyyən maneələr yaradacağı proqnozlaşdırılır. Biznesmen, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanın başçılıq etdiyi blokda onun rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası ilə çoxlarına tanış olmayan 3-4 kiçik partiya cəmləşib.

Xəbər 1858 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +