Görəsən hökumət nə düşünür? - İqtisadçı
Hava şəraiti ilə bağlı... - Sürücülərə xəbərdarlıq
Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...


16.04.2025  15:49 

Zaur Baxşəliyevin reklam etdiyi həkim xəstəni səhv əməliyyat edib





A+  A-

Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişində məşhurlaşan həkim Zaur Ramixanov xəstəni səhv əməliyyat edib.

XəzərNews.az xəbər verir ki, bu barədə zərərçəkmişin anası, Yevlax rayon Marzılı kənd sakini Musayeva Kəmalə Publika.az-a müraciətində qeyd edib.

O bildirib ki, yüksəklikdən yıxılıb zədə alan oğlunun əməliyyatı uğursuz alınıb:

“Oğlum Musayev Araz 2023-cü ildə hündürlükdən yıxılaraq zədə aldı. Biz onu dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırdıq. Müayinələr aparıldıqdan sonra məlum oldu ki, onurğası zədələnib və 5-ci fəqərə sınıb. Təcili olaraq neyrocərraha müraciət etmək lazım olduğunu bildirdilər. Biz də ATV kanalında yayımlanan “Bizimləsən” verilişindən tanıdığımız Zaur Ramixanova zəng etdik. O bildirdi ki, müayinələrin nəticələrini mənə göndərin, uyğun olsa, gəlib əməliyyat edərəm. Bütün müayinələri ona göndərdikdən sonra əməliyyatı öhdəsinə götürdü və Mingəçevir Şəhər Regional Xəstəxanasında oğlumu əməliyyat etdi. Sonra da əməliyyatın çox uğurlu olduğunu dedi. Bizim xəstəxanadan heç bir şikayətimiz yoxdur. Oradakı tibbi heyətdən çox razıyıq. Lakin 3 gündən sonra ödənişə gücümüz çatmadığı üçün oğlumu Mingəçevir Şəhər Xəstəxanasına köçürtdük. Ora gəldikdən sonra oğlumun vəziyyəti ağırlaşdı. Nə qədər çalışsaq da həkim Zaur Ramixanovla heç cür əlaqə saxlaya bilmədik. Hər dəfə zəng vuranda başqa biri götürdü və həkimin köməkçisi olduğunu, onunla danışıb bizə məlumat verəcəyini bildirdi. Lakin ondan sonra həmin həkimlə əlaqə saxlaya bilmədik”.

Zərərçəkmişin anası onu da qeyd edib ki, aradan iki il keçib, ondan sonra bir neçə xəstəxanaya müraciət ediblər:

“Hamısı da bildirdi ki, ilk əməliyyatı uğursuz olub və ziddi fəsadlar qalıb. İkinci dəfə əməliyyat etdirsək də yenə də bir nəticə vermədi. Hazırda 3-cü dəfə əməliyyata ehtiyac var. Lakin maddi imkanım buna yol vermir. Oğlum bu vəziyyətə düşdükdən sonra işdən də çıxardılar. İki azyaşlı övladı var. Onların da ehtiyaclarını ödəyə bilmirik. Aidiyyəti qurumlardan xahiş edirəm ki, belə savadsız həkimləri reklam edənlər haqqında bir tədbir görsünlər. Və Zaur Ramixanovdan da tələb edirəm ki, oğluma təzminat ödəsin. Bir il səkkiz ayda çəkdiyi xərclərin təzminatını ödəsin ki, oğlumu yenidən əməliyyat etdirib, ayağa qaldırım”.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, zəngimizə cavab verən olmadı.

Xəbər 3223 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi


BÜTÜN XƏBƏRLƏR +