Biləcəridə ağır yol qəzası baş verib - VİDEO
Fransa və Azərbaycan diplomatları Bakıda görüşdü
“Pis hazırlaşmamışıq, futbolçularıma inanıram“ -Qurbanov
Gürcüstandan Azərbaycana yük dövriyyəsi neçə faiz azalıb?
Ramiz Mehdiyevin Qəbələdəki villası -VİDEO
50 yaşlı kişi 17 yeniyetmə qızı qaçırdı
Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində


22.06.2022  18:56 

Jurnalist polis zorakılığına məruz qalıb - Bakıda





A+  A-

İyunun 22-də jurnalist Nərgiz Absalamova peşə fəaliyyətini yerinə yetirərkən polisin zorakılığına məruz qalıb.

XəzərNews.az xəbər verir ki, jurnalist Meydan TV-yə bildirib ki, hadisə “Koroğlu” metrosu yaxınlığında baş verib.

O, əvvəlcə ərazidə bir neçə qadın və kişinin polislə mübahisə etdiyini görüb və yaxınlaşıb.

Polisinin həmin insanları bölməyə aparmaq istədiyini görəndə isə çəkiliş etməyə başlayıb və bu zaman zorakılığa məruz qalıb:

“Onlardan nə baş verdiyini soruşdum. Dedilər ki, biz Allahı müdafiə etdiyimizə görə cəzalandırılırıq. Evə qayıdırdıq, bizi saxladılar. Səbəb kimi də dövlətə, banka borcumuz olduğunu göstərdilər. Bu zaman mən çəkiliş etməyə başladım. Polisin biri mənə yaxınlaşdı və dedi ki, qapalı yerdə çəkiliş etmək olmaz. Bunu çox kobud formada etdi”.

Nərgiz Absalamova deyir ki, o, çəkilişi metronun içində etmirdi və həmin ərazidə çəkiliş üçün hər hansı qadağa olmayıb:

“Əvvəlcə əlini telefonuma atdı, onu gizlətdim, vermədim. Sonra dedi ki, jurnalist deyilsən, çəkiliş apara bilməzsən. Vəsiqəmi göstərdim, bu zaman onu əlimdən kobuscasına aldı və kənarlaşdı. Sonra dəfələrlə vəsiqəmi istəsəm də, vermədi. Məni metronun içindəki polis otağına aparmağa çalışırdı, getmədim. Çox kobud şəkildə danışırdı və üstümə qışqırırdı. Başı qadınlara qarışdığı anda mən ərazidən kənarlaşdım. Arxamca gəlsələr də, çata bilmədilər, avtobusa mindim”.

Jurnalist bildirir ki, daha sonra o, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxlayıb, baş verənlər barədə ona məlumat verib:

“Dedi ki, 40 dəqiqə sonra metronun “Nizami” stansiyası yaxınlığındakı polis şöbəsindən vəsiqəni götürə bilərsən. Getdim götürdüm, lakin onlar vəsiqəmi cırıb, yararsız hala salmışdılar”.

Jurnalistə kobudluq edən polis barəsində tədbir görüləcəkmi, polis jurnalistin vəsiqəsini niyə alıb və yararsız hala salıb – suallarına Daxili İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb.

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” iyunun 22-də yaydığı bəyanatda jurnalistlərə qarşı kobudluq göstərilməsi, peşə fəaliyyətlərinə maneələr yaradılmasını yolverilməz sayıb.

Bu halı söz və mətbuat azadlığının kobudcasına pozulması kimi qiymətləndirib: “Jurnalist Nərgiz Absalamova peşə fəaliyyətini yerinə yetirərkən çəkiliş vasitəsi kimi istifadə etdiyi telefonu polis əməkdaşları tərəfindən əlindən almağa cəhd göstərilib. Onun jurnalist vəsiqəsi əlindən alınıb və geri qaytarılmayıb. Jurnalist vəsiqəsinin geri qaytarılmasını tələb edən Nərgiz Absalamova polis əməkdaşları tərəfindən kobudluqla qarşılaşıb”.

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hesab edir ki, Daxili İşlər Nazirliyi peşə fəaliyyətini yerinə yetirən jurnalistə kobudluq edən, etik çərçivəni aşan polis əməkdaşlarını cəzalandırmalıdır.

Xəbər 3062 dəfə oxunub.




04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır


BÜTÜN XƏBƏRLƏR +