Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


18.01.2021  23:54 

“Peyvəndlər yalnız zəngin ölkələrdə istifadə olunur” - ÜST





A+  A-

"Koronavirus peyvəndlərinə bərabərhüquqlu giriş perspektivi təhlükə altındadır".
XəzərNews.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurasının 148-ci iclasında baş direktor Tedros Adhanom Qebreisus deyib.

Onun sözlərinə görə, hazırda peyvəndlər demək olar ki, yalnız zəngin ölkələrdə istifadə olunur:

“Dünya fəlakətli mənəvi böhranın astanasındadır və bərabər giriş vədi ciddi risk altındadır”.

Baş direktor qeyd edib ki, ən azı 49 yüksək gəlirli ölkəyə 39 milyondan çox dozada peyvənd təyin olunub. Yalnız 25 doza peyvənd ən aşağı gəlirli ölkələrdən birinə bağışlanıb.

O, dünya ictimaiyyətini koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmağa və yaxın 100 gün ərzində dünyanın bütün ölkələrində səhiyyə işçilərini və qocaları peyvəndləməyə çağırıb.

Xəbər 3605 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +