Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


18.01.2021  16:23 

Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan - Münasibət





A+  A-

Siyasət15:35Oxunma sayı: 6305 “Moskva, Bakı və İrəvan arasında 9 Noyabr 2020-ci il tarixli müqavilələrdə tərəflər Rusiya sülhməramlılarının nəzarətində olacaq Laçın dəhlizinin Ermənistanla Dağlıq Qarabağ arasında əlaqəni təmin etməsi barədə razılığa gəliblər”.
XəzərNews.az xəbər verir ki, bu barədə Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlamasında bildirib.

“Heç kim heç vaxt Ermənistanın Qarabağla əlaqəsini inkar etməyib, danışıqların bütün onillikləri ərzində heç vaxt Ermənistan və Qarabağın əlaqəsinin kəsilməsi məsələsi olmayıb. Buna görə Laçın dəhlizi bir konsepsiya olaraq heç kim tərəfindən rədd edilməyib və bu, Azərbaycan qonşularımız da daxil olmaqla tərəflərin razılıq predmetidir”,- deyə Lavrov qeyd edib.

Bununla yanaşı, Lavrov qeyd edib ki, Ermənistan rəsmilərinin Qarabağla bağlı kifayət qədər siyasiləşdirilmiş açıqlamalar verməsi gərginliyə səbəb olur.

“Düşünürəm ki, bunun qarşısını almaq daha yaxşı olardı. 44 günlük müharibədən əvvəl Qarabağdan və ya Qarabağla bağlı necə emosional açıqlamalar verildiyinin, bu vəziyyətdə fərqli tərəflərdən gələn sözlərin çox mənfi material gücə çevrildiyinin şahidi olduq”,- deyə Rusiya XİN rəhbəri bildirib.

Xəbər 3824 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +