Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


05.04.2018  18:23 

REAL hərəkatından “Real” TV-yə İTTİHAM





A+  A-

Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-nin fəaliyyətə başlamasından az vaxt keçir. Xəbər televiziyası kimi fəaliyyət göstərən TV-nin adı sosial şəbəkələrdə bəzi müzakirələrə səbəb olub. Bəziləri iddia edir ki, “Real” TV Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatın - REAL hərəkatının adını götürməklə yanlışlığa yol verib.
Elə REAL hərəkatının icraçı katibi Natiq Cəfərli də belə düşünür.
XəzərNews.az-ın məlumatına görə, o, Modern.az saytına açıqlamasında deyib ki, televiziyaya bu adın seçilməsi heç də təsadüfi deyil:

“Bizim təşkilatın adı artıq 8 ildən çoxdur ki, Azərbaycan ictimaiyyətinə tanışdır və brendə çevrilib. Bu baxımdan yeni yaranan televiziyaya “Real” adının seçilməsi güman ki, düşünülmüş şəkildə atılan addımdır. Amma bizim hüquqi cəhətdən heç bir irad bildirməyə imkanımız yoxdur. Çünki REAL qeydiyyatdan keçmiş siyasi təşkilat deyil. Neçə illərdir müraciətlərimizə baxmayaraq, bizi qeydiyyata almırlar. Amma hamıya aydındır ki, televiziyaya bu adın qoyulması bizim təşkilatla bağlıdır. Lakin məqsəd nədir, açığı, bunu deməkdə çətinlik çəkirəm. Əminliklə deyə bilərəm ki, ad birbaşa bizim təşkilatla əlaqəlidir. Bəlkə də fikirlərdə qarışıqlıq yaratmaq məqsədləri var”.

N.Cəfərli qeyd edib ki, yeni televiziyanın fəaliyyəti hər bir halda müsbət hadisədir:

“Azərbaycanda nə qədər çox media qurumu olsa, normal informasiyalar verilməyə başlansa, daha yaxşı olar. Ümid edirəm ki, televiziya adını doğruldacaq və real xəbərlərə, diskussiyalara yol açacaq. Bu yolda yalnız onlara uğurlar arzu edə bilərik. Lakin “Real” adının hansı məqsədlə seçildiyini yaxşı olardı ki, təsisçi Mirşahin Ağayev desin. Bu, bizim üçün də maraqlı olardı”.

N.Cəfərli “Real” TV-ni izləmədiyini deyib:

“Televiziyada ciddi səs-küyə səbəb olan reportajlar da olmayıb ki, maraqlanıb baxaq. Hələlik mənə elə gəlir ki, “Real” TV ciddi ictimai diqqət cəlb edə bilməyib. Gələcəkdə rezonans doğuran hansısa müsahibə, reportaj və ya verilişlər olsa, o zaman internet üzərindən televiziyanı izləyə bilərəm”.

Xəbər 3222 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +