Nazirlər MM-də büdcə müzakirələrində
Azər İsmayılov saxlanılıb... - 50-dən çox şəxsi aldadıb
AzTV-də üzə çıxan nöqsanlar...
Elşən Məhərrəmov vəfat edib
Tanınmış bloger axtarışa verildi -FOTO
Mehdiyevlər İmişli bazarını belə ələ keçirib...-ŞOK DETALLAR
Daha bir çörək sexi bağlandı
Sosial sığorta haqqı artırılır?
Rəşad Məmmədovdan kütləvi şikayət var - VİDEO
“Üzüm“ restoranının səsi sakinlərin narahat edir - VİDEO


06.12.2022  19:13 

“Vətən üçün iki bala verdim, sağlamlığını itirib mənə verdilər”





A+  A-

Xəbər verdiyimiz kimi, “Tərtər işi” ilə bağlı məhkum olunan 19 nəfər bu gün azadlığa buraxılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Həmin şəxslərin dövlətə xəyanət ittihamı və digər epizodlar üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar. Bundan başqa, istintaq zamanı həyatını itirən Mehman Hüseynov və Elxan Ağazadənin barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.

XəzərNews.az xəbər verir ki, Tərtər hadisələrinə görə 5 il 6 ay həbs cəzası çəkdikdən sonra bu gün azadlığa çıxan MAXE Zaur Abdullayevin anası Təranə Abdullayeva AbzasMedia-ya danışıb.

Təranə Abdullayeva deyib ki, gec də olsa, ədalətli qərar oldu. Amma ədalətin tam bərpası üçün o, bu cinayət işində təqsiri olanların cəzalandırılmasını istəyir:

“Xəbəri eşidəndə yoldaşımla sevincdən ağladıq, göz yaşı tökdük. Mənim təzyiqim qalxdı, pis vəziyyətə düşdüm. Mən ümid edirdim ki, mənim balamın günahı yoxdur, nə vaxtsa öz evinə qayıdacaq. Mənim oğlumun ayaq və əl dırnaqlarını, dişlərini çəkiblər. Elektrik cərəyanı veriblər. Komada qalıb bir neçə gün, aparıb ölü damına atıblar. Bir də ayılanda görüb ki, ölü damındadır. Mənim uşağım danışıq qabiliyyətini itirib. Tam danışa bilmir. Dili tutulub, bir neçə gün danışa bilməyib. Günahkar olanlar - Şəfayət İmranov, Xanlar Vəliyev, Nəcməddin Sadıqov, Hikmət Həsənov, müstəntiqlərdən Emin Əliyevdir. Tək mən yox, bütün valideynlər istəyirik ki, bizim uşaqlarımıza bu cəzanı verənlər özləri cəza çəksinlər”.

Bu evin ikinci oğlu da Tərtər hadisələri zamanı işgəncəyə məruz qalıb. Valideyn deyib ki, ilk işi onların sağlamlığını bərpa etməkdir:

“Mənim o biri oğlum Rauf Abdullayev də Tərtər hadisələrinin qurbanı olub. Bu dəqiqə o da pis vəziyyətdədir. Ona da 14 gün işgəncə veriblər, pis günə salıblar. Elektrik verib ciyərini partladıblar. Bu dəqiqə də evdədir, xəstədir, müalicə alır. Dünən həkimə aparmışdım, həkim resept yazdı, amma onu almağa imkanım yoxdur. Mən vətən üçün iki bala verdim ki, getsin vətənə qulluq etsin, Azərbaycan xalqına xidmət eləsin. Axırda da balalarımın sağlamlığını itirib mənə verdilər. Hökumətdən ancaq balamın sağlamlığını geri qaytarmalarını tələb edirəm”.

5 il həbs cəzası çəkdikdən sonra azadlığa buraxılan əsgər Emil Əliyevin atası Abdulnasir Əliyev deyib ki, zərərçəkənlərin yenidən dindirilməsi prosesi, işgəncələrin araşdırılması qərarın bu qədər gec verilməsinə təsir edən amillərdəndir:

“Çox ağır işgəncələr idi. Dırnaqları çəkilib, elektrik enerjisinə qoşulublar. Düzdür, Emildə bu işgəncələr olmayıb. Emilə sadəcə yumruq, təpik, sillə vurublar. Elektrikdən istifadə olunmamışdı və dırnaqları çəkilməmişdi. Amma digərlərinin hamısında bu hallar var idi. İşgəncələr sübut olunduqdan sonra zərərçəkənlərin təqsirsizliyi məsələsi gündəmə gəldi. Onun da araşdırılması bu qədər vaxt apardı”.

Emil Əliyevin valideyni əlavə edib ki, övladının və zərərçəkən hər kəsin başına gətirilən bu dəhşətli hadisələrə görə Müdafiə Nazirliyi və Hərbi Prokurorluq, həmçinin ekspert rəyləri verən həkimlər məsuliyyət daşıyır.

A.Əliyev zərərçəkənlərin günahsız olaraq həbs cəzası çəkdiklərinə görə hökumətdən təzminat tələb edəcəklərini deyir.

Vəkil Rəsul Cəfərov bildirib ki, bu işin yenidən araşdırılmasına 2021-ci ilin dekabrında başlanılıb. Təxminən 1 ilə yaxın araşdırmadan sonra hərbi qulluqçulara bəraət verilərək azadlığa buraxılıblar:

“Bu şəxslərə qarşı vaxtilə, yəni 2017-ci ilin may-iyun aylarında ittiham irəli sürən hərbi prokurorluq və sonradan ittiham hökmü çıxaran məhkəmələr ciddi pozuntulara yol veriblər. Onların pozuntuları yalnız zərərçəkən şəxslər və onların ailə üzvlərinin davamlı müraciət və etirazlarından sonra ortaya çıxdı və bu, təxminən 5 ilə yaxın vaxt keçdikdən sonra baş tutdu. Həmin pozuntuların gizlədilməsi ilə bağlı təqsirkar şəxslər tərəfindən də addımlar atılıb ki, bu da uzun vaxt tələb olunmasına səbəb ola bilər”.

R.Cəfərov bildirib ki, zərərçəkənlərin ölkə qanunvericiliyinə görə dövlətdən kompensasiya tələb etmək hüququ var.

Vəkil əlavə edib ki, Tərtər hadisələri ilə bağlı təxminən 12-13 nəfərin işi vaxtilə Avropa Məhkəməsinə göndərilib, amma həmin işlər üzrə heç bir kommunikasiya başlamayıb.

Qeyd edilib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra cəbhənin Tərtər istiqamətində hərbi qulluqçuların böyük bir qrupu həbs olunaraq istintaqa cəlb edilib. Daha sonra Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi bir qrup hərbçinin Ermənistana casusluq etdiyinə görə həbs edilməsi barədə məlumat yayıb. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanların kütləvi işgəncələrə məruz qalmasından 2019-cu ildə xəbər tutub. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfər uzun müddətə azadlıqdan məhrum edilib, 9 nəfər isə işgəncələrdən ölüb. Şahid ifadələrinə, məhkəmə-tibbi ekspertizanın materiallarına görə, müttəhimlər ağır işgəncələrə məruz qalıblar.
Ölənlərin yaxınlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət əsassız təqib faktlarını etiraf edib və məhkumların işlərinə yenidən baxmağa məcbur olub. İndiyədək hakimiyyət casusluğa dair sübutları və konkret faktları təqdim etməyib. Güc strukturları rəhbərliyindən heç kim cəzalandırılmayıb və günahını etiraf etməyib.

Xəbər 2793 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi


BÜTÜN XƏBƏRLƏR +