Fransa və Azərbaycan diplomatları Bakıda görüşdü
“Pis hazırlaşmamışıq, futbolçularıma inanıram“ -Qurbanov
Gürcüstandan Azərbaycana yük dövriyyəsi neçə faiz azalıb?
Ramiz Mehdiyevin Qəbələdəki villası -VİDEO
50 yaşlı kişi 17 yeniyetmə qızı qaçırdı
Sabahdan bu yollar bağlanır - Xəbərdarlıq!
Mikayıl Cabbarov: Vergi güzəşti dayandırılır
“Lukoyl” neft emalı zavodu vurulub - Video
Nazirlər MM-də büdcə müzakirələrində
Azər İsmayılov saxlanılıb... - 50-dən çox şəxsi aldadıb


03.02.2021  10:32 

DTX Rasim Məmmədovun həbsi ilə bağlı məlumat yaydı





A+  A-

“Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən XəzərNews.az-a daxil olan məlumata görə, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 4006 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı

04.11.2025  10:02 

Azərbaycan nefti cüzi bahalaşıb

03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır


BÜTÜN XƏBƏRLƏR +