Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


04.02.2022  10:55 

Sanki qəsdən narazı və qəzəbli bir kütlə yetişdirirlər





A+  A-

Bayaq bir anons gördüm, Tolikin verilişində son günlər məktəblərimizdən yayılan videolar və ümumən təhsilimizin vəziyyəti müzakirə olunacaq...

Qəribə bir paradoksa girdim.

Və hələ də çıxa bilmirəm.

Yadımdadır, bir dəfə mərhum sənətkarımız Habil Əliyev bir xatirə danışdı. Dedi, məni AzTV-yə dəvət edib, bayağı musiqilərin efirə buraxılmaması üçün xüsusi komissiya yaradılacağını bildirdilər. Həvəslə hazırlaşıb getdim, ovaxtkı sədr Nizami Xudiyevin kabinetinə girəndə tənqid eləməyə hazırlaşdığım bütün sənət adamlarını orda gördüm.

Vaxtıyla bir ironik misal xeyli populyar idi: həkimin uşağı xəstə, müəllimin uşağı savadsız, polisin uşağı cinayətkar olar.

Deyəsən, indi bu misal ironik məzmunundan çıxaraq tamamilə reallığı ifadə edir. Uşaqları bir yana özləri məşğul olduğu peşənin prinsiplərini qarşı çıxan həkim, müəllim, polis nə qədər desən.

Xüsusən təhsildə Azərbaycanın düşdüyü vəziyyət fəlakətdir.

Bütün problemlərimizin həllində ən önəmli rolu oynayacaq sahənin özü ağlamalı gündədir...

Eynən Habil Əliyev kimi paradoksal vəziyyətdəyik və daha çox təfərrüatlarla vuruşuruq.

Azərbaycan efirinin təhsilsizlik, cahillik simvoluna çevrilən, daha dəhşətlisi, bu bəlanın cəmiyyətdə əməlli-başlı kök saldığına tutarlı sübut olan Tolik indi məktəblərin problemlərini müzakirə edir. Şübhəsiz, bu işin yaxşı tərəfi də var. Akademik Ziya Bünyadovu məzardan qaldırıb gətirsən və təhsil haqqında danışdırsan, beş-on nəfər baxacaq, Tolikəsə milyonlar baxır. Sosial sifariş onu əməlli-başlı fenomenə çevirib.

Lakin, əmin olun, işin şou tərəfi onu daha çox maraqlandırır.

Məktəblərdən yayılan videolar xeyli əyləncəlidir axı!

Artıq mən şübhə etmirəm ki, içimizdə qara bir əl gəzir və bir ölkə kimi varlığımızı müəyyən edən ən əhəmiyyətli sahələrə amansız zərbələr endirir. Bunun başqa adı yoxdur. Yəni doğrudanmı biz bu 30 ildə Asan Xidmətdən başqa mütərəqqi bu institut qura bilmədik?

Sifətində maneken xoşbəxtliyi ayaq üstə ölmüş ənənəvi media ilə müqayisədə sosial media arı pətəyi kimi qaynayır. Hansı linki tıklayırsan üstünə fəlakət sıçrayır. Milyonların oğurluğu, məhkəmə ədalətsizliyi, rüşvətxorluq, açılmayan mafiya cinayətləri, ödənməyən kompensasiyalar, uşaq pulu dərdi, alternativ fikrə qarşı amansızlıq, dərmanların bahalığı və keyfiyyətsizliyi, pensiyaların kəsilməsi...

Göz işlədikcə problemdir!

Hamı şikayət edir, hamı qan ağlayır, hamı əlacsız vəziyyətdədir.

Ah-nalə ilə dərdini anladanlar sublimasiya deyil, real insanlardır.

Adları, ünvanları, şəxsiyyət vəsiqələri var.

Niyə eşidən yoxdur?

Niyə baxan yoxdur?

Niyə görən yoxdur?

Axı elə problemlər var ki, onu həll eləmək iki vur ikidir.

Sanki qəsdən eləmirlər.

Sanki qəsdən narazı və qəzəbli bir kütlə yetişdirirlər.

Kim?

Niyə?

Nə məqsədə?

O qara əlin heç olmasa bir barmağından yapışmaq mümkün deyilmi?

Əyalətdə yaşayan tanış-biliş min-bir problemlə şəxsən mənə müraciət edir. Onlar daha çox efirə çıxmaq istəyirlər. Xoşqədəmlə, Zaurla, Elgizlə tanış olub-olmadığımı soruşurlar. Halbuki, düşdükləri bəlanın həll edilməsinə məsul olan və bunun üçün hər il milyonlarla pul xərcləyən yekə-yekə dövlət idarələri var.

Bu adamlar öz dövlətlərinə inamı tamamilə itiriblər. İndi gəl əli hər yerdən üzülmüş insanlara baş sal ki, çıxmağa çalışdığınız efir sizin faciələrinizdən reytinq tutur, pul qazanır. Ola bilər, görüntü üçün, yüzünüzdən, mininizdən birinin problemini həll edirlər.

Adamlar o yüz nəfərdən, o min nəfərdən biri olmaq şansına yeganə xilas yolu kimi baxırlar.

Şuşanı əlbəyaxa döyüşlə azad edən oğulları yetirmiş bir xalq Toliklərə möhtac qalıb.
Bu fakta görə şəxsən mən, ciddi günahım olmasa belə, xəcalət çəkirəm.

Biz buna layiq deyildik, əfəndilər!

Şərif Ağayar

Xəbər 7221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +