Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu
Prezident BP-nin baş icraçı direktorunu qəbul edib
Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul


15.01.2020  10:25 

“Gürcüstan adı ilə bölgəyə gələn turistlər bahalığa görə Azərbaycanı seçmirlər”





A+  A-

Gürcüstana gedən 2 turistin məsrəfi Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir.
XəzərNews.az xəbər verir ki, bu məlumatı iqtisadçı Qubad İbadoğlu rəsmi rəqəmlərə istinadən bildirib.

Onun sözlərinə görə, orta hesabla Azərbaycanda hər turist 798 dollar, Gürcüstanda isə 447 dollarlıq büdcəni məsrəf edir:

“Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən il Azərbaycana gələn 3 milyon 170 min nəfər əcnəbi turist kimi qeydiyyata düşüb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların xərcləri 4,3 milyard manat (2,53 milyard dollar) təşkil edib ki, bu da hər turistə 1357 manat və ya 798 dollar məsrəf deməkdir. Bu məbləğ qonşu Gürcüstanla müqayisədə 2 dəfədən də çoxdur.

Belə ki, 2018-ci ildə Gürcüstana 7,2 milyon turist gəlib ki, onların da cəmi xərcləri 3,22 milyard dollar təşkil edib. Bu o deməkdir ki, Gürcüstanda 1 turistin məsrəfi orta hesabla 447 dollar təşkil edib. İki ölkə arasında müqayisədən belə çıxır ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda, Gürcüstan adı ilə bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycanı seçmirlər və elə oradan da geri qayıdırlar”.

Ekspert qeyd edib ki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə, ölkənin bu sektordan gəlirləri ən azı 2 dəfə artar:

“Amma əksinə proseslər gedir. Belə ki, Azərbaycanda xidmətlərin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur.
Təklif edirəm ki, Gürcüstanı ziyarət edən turistlərin heç olmasa yarısının Azərbaycana cəlb edilməsi barədə düşünsünlər. Bunun üçün isə ilk növədə xidmət sektorunda və ictimai iaşədə qiymətlər əlçatan olmalı, keyfiyyət yüksəldilməlidir”.

Xəbər 3545 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +