Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu
Prezident BP-nin baş icraçı direktorunu qəbul edib
Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul


07.01.2020  12:08 

“Vətəndaşlara bu torpaq sahələrində verilən sənədlər qanunsuzdur“





A+  A-

Mühafizə zolağına aid olunan ərazilərdə vətəndaşlar tərəfindən evlərin tikilməsi halı geniş vüsət alıb. Bəzi hallarda həmin ərazilərdə yaşayanlar bələdiyyə və ya digər orqan tərəfindən verilən sənədi təqdim edərək tikilinin qanuni olduğunu düşünürlər.
XəzərNews.az-ın Report-a istinadən məlumatına görə, bu məsələ ilə bağlı vəkil Emil Aslanov bildirib ki, bələdiyyə yalnız öz mülkiyyətində olan ərazini satmaq hüququna malikdir:

"Əgər bələdiyyə mühafizə zolağında yerləşən ərazinin satışını həyata keçirirsə, bu zaman həmin ərazinin haraya aid olması barədə məlumatsız olması mümkün deyil. Vətəndaşlara gəlincə, onların əlavə məlumatlara sahib olmaları, ərazinin vizual olaraq mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmələri mümkünsüzdür. Bunun üçün ya bələdiyyə, neftin çıxdığı ərazidirsə SOCAR vasitəsilə, yaxud digər qurumlara müraciət edərək dəqiqləşdirə bilərlər. Böyük ehtimal ki, bələdiyyə maraqlı tərəf olduğu üçün onun vasitəsilə bunu etmək mümkün olmayacaq".

Onun sözlərinə görə, istənilən halda vətəndaşın torpağın mühafizə zolağına düşməsi barədə məlumatsız olması hər hansı hal kimi qəbul edilmir: "Vətəndaşlara mühafizə zolağına salınmış torpaq sahəsi üçün bələdiyyə və ya icra hakimiyyəti tərəfindən verilən istənilən sənədlərin hüquqi qüvvəsi olmadığı üçün qanunsuzdur. Həmin torpaqlarda tikinti aparmaq da birmənalı şəkildə qadağandır. Yox, əgər həmin torpaqlarda hər hansı tikili varsa, onun sökülməsi yalnız müvafiq məhkəmə qərarından sonra mümkündür.

Ümumiyyətlə, bələdiyyə bu prosesə birbaşa məsuliyyət daşıyan tərəfdir. Belə olan halda vətəndaş həmin torpaq sahəsinə görə bələdiyyəyə verdiyi pulun və əlavə kompensasiyanın alınması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir".

Xəbər 3780 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +