“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


15.10.2025  10:00 

Rəisini SEPAH niyə öldürdü?





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirlərin qısa tezislərini təqdim edirik:

- İbrahim Rəisinin Azərbaycan Prezidenti ilə görüşdən qayıdarkən helikopter qəzasında həlak olması hadisəsi hələ də İranda siyasi diskussiyaların əsas mövzusudur. Bu məsələ, eyni zamanda, İranın bəzi dairələri tərəfindən Azərbaycana qarşı ittihamların bir hissəsinə çevrilib.

İ.Rəisi dindar ailədə doğulmuş, gənclik illərində sosial-iqtisadi çətinliklər yaşamış, sonradan fəal dini fəaliyyətə qoşulmuşdur. Hüquq-mühafizə orqanlarında çalışdığı dövrdə sərt idarəçilik tərzi ilə tanınmış və bütün karyerası boyu İranın ali rəhbərinin etimad etdiyi şəxslərdən biri kimi qəbul olunmuşdur. Məhz bu səbəbdən də ali rəhbər, yüksək siyasi təbəqədə müəyyən balans yaratmaq məqsədilə, onun prezident olmaq arzusuna razılıq vermişdi.



Həsən Ruhaninin dövründə prezidentlik institutu nisbətən güclənmişdi və Ruhani iki dəfə seçki qazanmışdı. O dövrdə Məhəmməd Əhmədinejad namizədliyini verməsəydi, yəqin ki, ali rəhbər Rəisinin namizədliyini daha əvvəl dəstəkləyərdi. Lakin Əhmədinejadın qarşısını almaq Rəisinin deyil, Ruhaninin gücündə idi. Ali rəhbər Ruhanini buna görə dəstəkləmişdi, çünki Əhmədinejada qarşı şəxsi antipatiyası daha dərin idi.

Prezident seçkiləri zamanı İ.Rəisi xüsusilə kasıb təbəqənin rəğbətini qazanmaq üçün sosial ədalət yönümlü vədlər irəli sürdü və yeni, “orijinal” komanda ilə fəaliyyətə başlamaq niyyətini bəyan etdi. Lakin onun kampaniyasının əhali arasında yaratdığı populyarlıq ali rəhbərin ofisində narahatlıq doğurdu. Nəticədə, Rəisinin təyin etdiyi hökumət 6 ay təsdiq edilmədi, kabinet parlamentdə lazımi səs çoxluğunu toplaya bilmədi. Bu, siyasi siqnal kimi, birbaşa ali rəhbərin ofisindən qaynaqlanırdı.

İ.Rəisi prezident kimi “qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması” tezisini irəli sürdü. Əslində bu tezis İran siyasi diskursunda yeni deyildi, lakin Rəisi onu praktik səviyyəyə gətirmək istəyirdi. İran cəmiyyətində qonşularla mehriban münasibətlərə böyük ictimai tələbat vardı, halbuki ali rəhbərin ofisi regionda düşmənçilik yönümlü xətti davam etdirirdi. İranın regional siyasətində yeganə istisna Ermənistan idi - Tehran Xocalı soyqırımını törədən ermənilərə təqribən 3 milyard dollar yardım göstərmişdi.

Rəisi prezident kimi ilk xarici səfərini Rusiyaya etdi. Vladimir Putinlə iki mərhələli danışıqları zamanı onun namaz vaxtı çatdı və o, Kreml binasında namaz qılan ilk müsəlman dövlət başçısı kimi tarixə düşdü. Bu fakt Tehranda, xüsusilə ali rəhbərin ofisində, Rəisi ilə Putin arasında xüsusi münasibətlər barədə şübhələr doğurdu.

Rəisinin İsrailə qarşı sərt bəyanatları Moskva tərəfindən dəstəkləndi. Bu, Tehran siyasi elitasında şübhələri daha da artırdı. Məlumata görə, Putin Rəisiyə “İsrailin üzərinə hücum etməyi” təklif etmiş, Rəisi isə bu təklifi ilkin mərhələdə qəbul etmişdi. İran mediası üç gün ərzində İsrailə qarşı müharibə ritorikasını yüksəltdi, lakin ali rəhbər müdaxilə edərək bu kampaniyanı dayandırdı.

BMT Baş Assambleyasında İ.Rəisi Qasım Süleymaninin portreti və Qurani-Kərimi nümayiş etdirməklə emosional çıxış etdi. Bu, onun Ruhanidən fərqli olaraq dini-ideoloji simvolizmə söykəndiyini göstərdi. Daha sonra, Qəzza müharibəsi kontekstində Putin eyni təklifi yenidən gündəmə gətirdi, lakin ali rəhbər bir daha İsrailə qarşı əməliyyata icazə vermədi.

İ.Rəisi region ölkələri ilə münasibətlərin aktivləşdirilməsinə ciddi maraq göstərirdi. Azərbaycan Prezidenti ilə müxtəlif tədbirlərdə görüşləri qarşılıqlı simpatiya yaratmışdı. 2024-cü il mayın 19-da Araz hidroqovşaqlarının açılışında Prezident İlham Əliyevin Rəisiyə ünvanladığı çıxış diqqətəlayiq idi - Azərbaycan lideri heç bir İran prezidentinə belə açıq şəkildə müsbət münasibət ifadə etməmişdi. Təəssüf ki, həmin görüşdən qısa müddət sonra Rəisi həyatını itirdi.

Rəisinin ölümündə Azərbaycanın, yoxsa İranın öz daxili strukturlarının rolunun olub-olmaması məsələsi hələ də araşdırma tələb edir. Qeyd etmək lazımdır ki, Rəisi 2024-cü ilin fevralında, İslam inqilabının ildönümündə, Azərbaycana səfər etməyə və birgə layihələri reallaşdırmağa hazırlaşırdı. Onun səfəri iki dəfə təxirə salınmış, yalnız üçüncü cəhdə icazə verilmişdi. Bu faktın səbəbləri hələ də cavabsız qalır. Niyə ilk iki səfərə qadağa qoyulmuş, lakin sonuncuya icazə verilmişdi? Bu qərarların hamısı Tehran tərəfindən idarə edilirdi və Azərbaycan tərəfindən dəyişdirilməsi mümkün deyildi.

Helikopter qəzası ilə bağlı detallar da bir neçə istiqamətdə şübhə doğurur. Əvvəla, qəza nəticəsində itkin düşən helikopterin axtarışı zamanı qeyri-rəsmi mənbələrdən gələn məlumatlar rəsmi kanallardan daha tez yayılmışdı. Axtarış əməliyyatlarında müasir texnika deyil, əsasən piyada qüvvələr iştirak edirdi. Qəzaya uğrayan helikopterin 45 yaşlı ABŞ istehsalı olduğu məlumdur. İran tərəfi həmin helikopterin ehtiyat hissələri üçün ABŞ-a müraciət etmiş, ABŞ isə logistika təmin edildiyi halda texniki yardım göstərə biləcəyini bildirmişdi. Lakin Sepah bu prosesi uzatmış, ABŞ Dövlət Departamentinin xəbərdarlığından sonra məsələ bağlanmışdı. Bütün bu faktlar həm İran, həm də beynəlxalq mediada yer alıb.

Belə olan halda İranın Rəisinin ölümündə Azərbaycanı ittiham etməsi yalnız siyasi manipulyasiya və faktoloji savadsızlıq nümunəsi kimi qiymətləndirilə bilər. Bu ittihamlar nə real faktlara, nə də rəsmi araşdırma nəticələrinə əsaslanır.

İranda ateist baxışlara malik insanların sayının çoxluğu və ekspert çevrələrinin səthi təhlilləri diqqət çəkir. Xüsusilə Əli Şamxaninin bu prosesə qoşulması məsələyə rəsmi səviyyədə yanlış və emosional yanaşmanın göstəricisidir. Əgər bu iddialar doğrudan da Ali Milli Təhlükəsizlik Şurasının rəhbərliyindən qaynaqlanırsa, o zaman İranın siyasi elitasında ciddi idarəetmə böhranı mövcuddur. Əgər bu, ali rəhbərin ofisinin tapşırığı ilə edilirsə, deməli, məsələ daha dərin siyasi niyyət daşıyır.

Nəticə etibarilə, İranın Azərbaycanı günahlandırmaq cəhdləri yalnız özünü təcrid siyasətinin davamıdır. İranın bu günə qədər Azərbaycana qarşı apardığı böhtan və təxribat kampaniyaları heç bir real siyasi dividendlə nəticələnməyib və gələcəkdə də belə olacaq.

Xəbər 1470 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +