Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


18.11.2020  12:56 

“Yaxında cəbhə bölgəsində tədrisin bərpasına çalışırıq” - Təhsil naziri





A+  A-

“Kəlbəcər rayonu ərazisində qanunsuz yerləşdirilən ermənilərin oranı tərk edərkən məktəbləri yandırmaları birmənalı olaraq qınanmalıdır”.
XəzərNews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ATV kanalında yayımlanan “ATV Aktual” verilişində bildirib.

O qeyd edib ki, işğala məruz qalan ərazilərimizdə məktəblər əvvəldən var idi. Lakin hazırda bu infrastruktur istər Füzuli, istər Cəbrayıl, istərsə də Zəngilan və Qubadlı rayonlarında tamamilə yerlə-yeksan edilib:

“Ölkə başçısı da bildirmişdi ki, bu ərazilərdə daha yaxşı, ən müasir məktəblər tikiləcək. Amma həmin məktəblərin məktəb direktoru tərəfindən yandırılması şiddətlə qınanılır. Bu, vandalizmdir. Bu hallar tərəfimizdən sənədləşdirilir və beynəlxalq təşkilatlara çatdırılır. İnanırıq ki bu tip hadisələr davamlı olaraq gündəmdə saxlanılacaq”.

E. Əmrullayev əlavə edib ki, işğaldan azad olunan torpaqlara qayıdış, insfrastrukturun bərpası, tək Təhsil Nazirliyinin deyil, digər qurumların da birlikdə fəaliyyəti nəticəsində həyata keçiriləcək. Həmin ərazilərdə yüzlərlə məktəb, peşə məktəbi addım-addım bərpa olunacaq.

Cəbhə bölgəsində yerləşən məktəblərin normal fəaliyyətinə dönməsinə gəlincə isə, təhsil naziri bildirib ki, burada bir neçə istiqamət müəyyənləşdirilib:

“Müharibə həmişə insanların, xüsusən uşaqların psixologiyasına mənfi təsir edir. Həmin bölgələrdə yaşayanlara ilk öncə psixoloji yardımın göstərilməsi həyata keçirilir. Qırmızı Xaç, UNİCEF -lə bu istiqamətdə işlər aparılır. Həmçinin ərazinin minalardan təmizlənməsi işləri həyata keçirilir. Çalışırıq ki, yaxın gələcəkdə orada tədris bərpa olunsun”.

Xəbər 2485 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +