Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


27.02.2020  16:08 

“Kelebek” üçün Türkiyəyə getdilər





A+  A-

Sabah Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafat mərasimi baş tutacaq.
XəzərNews.az xəbər verir ki, fevralın 18-nə kimi aparılan səsverməyə əsasən, İstanbulda Azərbaycanın ən parlaq ulduzu elan ediləcək.

“Zorlu Center”dəki tədbirdə 7 namizəd qalibiyyət uğrunda mübarizə aparacaq. Onlar Xalq artisti Röya Ayxan, Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, Oksana Rəsulova, Pərvin Abıyeva və Azad Şabanovdur.

Xatırladaq ki, Elçin Cəfərov, Murad Arif və Xəyyam Nisanov yarışmada iştirakdan imtina ediblər. Tək bəy namizədi olan A. Şabanov isə təşkilatçılar tərəfindən Türkiyəyə göndərilməyib.

İddiaya görə, səsvermədə qalib Röya Ayxandır. O, bir neçə gün bundan əvvəl öz komandası ilə İstanbula yola düşüb. Digər namizəd Pərvin Abıyeva isə şou-biznes üzvləri ilə yox, rəfiqələri ilə getmək qərarına gəlib.

Sevda, Oksana, Gülay və Nura isə bu gün İstanbula yola düşüblər. Onlar təyyarədə çəkilən görüntülərini instaqram səhifələrində paylaşıblar.

Qeyd edək ki, tədbir Kanal D və teve2 tərəfindən canlı yayımlanacaq. Gecənin aparıcıları Çağla Şikel və Cem Davrandır.

Xəbər 3335 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +