Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib


22.10.2019  08:41 

“Qızıl top”a namizədlər açıqlandı





A+  A-

“France Football” jurnalı “Qızıl top”a namizədlərin siyahısını dərc edib.
XəzərNews.az-ın məlumatına görə, namizədlərin ilk beşliyində Sadyo Mane (“Liverpul”), Serxio Aquero (“Mançester Siti”), Frenki de Yonq (“Ayaks”/”Barselona”), Uqo Lyoris (“Tottenhem”) və Duşan Tadiç (“Ayaks”) yer alıb.

İkinci beşliyə Kilian Mbappe (“PSJ”), Trent Aleksander-Arnold (“Liverpul”), Donni van de Bek (“Ayaks”), Pyer-Emerik Obameyanq (“Arsenal) və Mark-Andre ter Steqen (“Barselona”) düşüb.

Üçüncü beşliyi Kriştiano Ronaldo (“Yuventus”), Alisson (“Liverpul”), Matteys de Liqt (“Ayaks”/”Yuventus”), Kərim Benzema (“Real Madrid”) və Corcinyo Veynaldum (“Liverpul”) formalaşdırıb.

Dördüncü beşliyə Vircil van Deyk (“Liverpul”), Bernardu Silva (“Mançester Siti”), Son Xın Min (“Tottenhem”), Robert Levandovski (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) daxil edilib.

Beşinci beşlikdə Lionel Messi (“Barselona”), Riyad Marez, Kevin de Brüyne (hər ikisi “Mançester Siti”), Kalidu Kulibali (“Napoli”) və Antuan Qrizmann (“Atletiko”/“Barselona”) yer alıb.

Sonuncu beşliyə Məhəmməd Salah (“Liverpul”), Eden Azar (“Çelsi”/“Real”), Markinos (“PSJ”), Rəhim Sterlinq (“Mançester Siti”) və Joau Feliks (“Benfika”/“Atletiko”) düşüb.

Mükafatlandırılma mərasimi dekabrın 2-də Parisdə Şatle teatrında keçiriləcək.

Ötən il "Qızıl top"u "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç qazanıb.

Xəbər 3183 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +