Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


24.04.2018  14:27 

İşdən çıxarılan Nazim İbrahimov qızının toyunu təxirə saldı





A+  A-

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qızının toyunu təxirə salıb.
XəzərNews.az BakuPost-a istinadən xəbər verir ki, ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyu aprelin 14-də baş tutmalıymış. Hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış. Belə ki, toyun keçiriləcəyi məkan olaraq "Alov qüllələri”ndəki "Fairmont” otellə razılıq əldə olunub. Lakin növbədənkənar prezident seçkilərindən sonra toy təxirə salınıb. Qonaqlara isə səbəb kimi prezident seçkilərindən sonra tədbirlərin çox olduğu, məhz bu səbəbdən toyun başqa tarixə keçirildiyi deyilib.

Mənbənin saytımıza verdiyi məlumata görə, toyu təxirə salan tərəf İbrahimovlar olub. Buna səbəb isə N. İbrahimovun seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacağı barədə xəbərlər alması olub.

Bundan başqa, toyun keçiriləcəyi məkan üçün və təşkilati işlərə xeyli miqdarda pul xərclənilib.

Qeyd edək ki, K.İbrahimova "DeCamie” moda evinin sahibidir.

Məlumat çün bildirək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutub. Seçkilərdən sonra aprelin 18-də Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib. Prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.








Xəbər 3438 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +