Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


08.01.2022  19:39 

Paşinyan KTMT-nın sədri statusundan sui-istifadə edir?





A+  A-

Putin və Lukaşenko "cütlüy"ünün Paşinyanı adam yerinə qoyub ona zəng etməsindən və Qazaxıstandakı son vəziyyəti müzakirə etmələrindən sonra ermənilərin Kəlbəcərdəki mövqelərimizi atəşə tutması sual doğurur.

Hər iki hadisə bu gün baş verib. Sözügedən telefon söhbəti də, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutması da bu gün günorta saatlarında gerçəkləşib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin operativ cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur və hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Əvvəllər KTMT-nı saymayan, Ermənistanın bu təşkilatdan çıxmaq istəklərini gizlətməyən və hətta bir ara KTMT-nın erməni əsilli komandanını həbs etdirməklə bu hərbi ittifaqın imicinə ağır zərbə vuran Nikol Paşinyan indi KTMT-nın sədri sükanının arxasına keçməklə, 44 günlük müharibənin sarsıntısından qurtulmaq və özünü vacib adam, nüfuzlu lider kimi göstərmək üçün yaxşı fürsət tapıb.

Ermənistanın 2022-ci ilin sonuna qədər KTMT-na sədrlik edəcəyi dönəmdə istər sərhədlərimizdə, istərsə də Qarabağın Rusiya "sülhməramlı"larının müvəqqəti məsuliyyət zonası sayılan hissəsində hər cürə təxribatların baş verməsi mümkündür və gözləniləndir.

Riyakar Paşinyan KTMT-nın sədri statusundan mümkün olduğu qədər yararlanmağa çalışacaq.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 2824 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +