Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


28.11.2017  23:57 

“Mənim üçün bir siqnal idi” - Tərlan Əhmədov





A+  A-

Xəbər verdiyimiz kimi, “Neftçi” AZərbaycan kubokunun 1/8 final mərhələsində “Zaqatala”ya 5:0 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.
XəzərNews.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında matçı dəyərləndirib:

“Rəqibin oyunu çox xoşuma gəldi. “Zaqatala” xüsusilə ilk hissədə məni təəccübləndirdi. İki gündən sonra bizi “Qarabağ”la ağır oyun gözləyir. Buna görə də komandada bir çox dəyişiklik etdim. Bəzi oyunçulara istirahət vermişdim. Çalışdım ki, oyun praktikası olmayan, şans vermədiyim futbolçular da bugünkü qarşılaşmada meydanda olsunlar. Amma çoxunun oyunundan razı qalmadım. Ümumiyyətlə, müdafiədəki səhvlər böyük problemə çevrilib. Hesab edirəm ki, hücum xəttindəki problemi, demək olar, həll etmişik. Son oyunlarda qollar vururuq, amma müdafiədəki səhvlər məni çox narahat edir. Çalışacağıq, dekabrdan sonra bu problemi də aradan qaldıraq. Bugünkü oyun mənim üçün bir siqnal idi və göstərdi ki, hələ görüləcək işimiz çoxdur”.

Xəbər 3189 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +