Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib
“Çay”ın içərisində narkotika - Foto
Bakıda və Abşeronda külək küclənib
Ukraynada daha bir azərbaycanlı öldürüldü
Meftahətdinovanın yerinə təyinat oldu
Mehri dəmir yolu: tarixi mülkiyyət və siyasi manipulyasiyalar
Arestoviç axtarışa verildi
Avtobus dərəyə aşdı: Ölənlər var -FOTO
Neftimiz cüzi bahalaşdı
Ruslar Poltava və Sumını vurdu


26.04.2023  09:16 

İsa Qəmbərin oğlu “böyük Ermənistan“ yaradıb - Film





A+  A-

İsa Qəmbərin Kanadada yaşayan oğlu, ötən gün qondarma "erməni soyqırımı" ilə bağlı "anım" paylaşan İlkin Qəmbər ermənilər haqqında film çəkib.

XəzərNews.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev yazıb.

O bildirib ki, "Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix. Sənədli film" başlığı ilə yayılan filmin ssenari müəllifi İlkin Qəmbərdir, filmin ərsəyə gəlməsində bir neçə azərbaycanlı da iştirak edib:

"Filmdə İsa Qəmbərin oğlu sübut etməyə çalışır ki, "Ermənistan qədim torpaqdır"; Azərbaycanın və Türkiyənin torpaqlarını uydurma bir "dənizdən dənizə Ermənistan"ın ərazisinə qatır; Azərbaycanın adını çəkmir, eyni zamanda, sübut etməyə çalışır ki, bu torpaqlar qədimdən ermənilərə məxsus olub, ermənilər buranın ilk sakinləridir.

İlkin Qəmbər bu faktları atasından alıb, yoxsa anası tərəf ona göndərib - bilmirəm. Amma bu torpaqlarda "qədim Ermənistan" deyilən heç bir şey olmayıb. Bunu erməni alimləri özləri belə etiraf edirlər. Tarixə çox getmək elə də lazım deyil. "Erməni" adı tarixdə I Nikolayın 1836-cı ildə Alban Katolikosluğunun ləğv edib, onun yerində erməni katolikosluğunun tabeçiliyinə verilən iki yeparxiya və Erməni Kilsəsinin Tiflis konsistoriyasının tərkibində olan Gəncə vikariatlığı yaratmasından sonra ümumişlək sözə çevrilib. Ona qədər heç bir ciddi tarixi qaynaq erməni adını çəkmir. "Hay" adı gedir və bu hayların da Hindistan ərazisindən Əmir Teymurun qoşunu ilə bu torpaqlara gəlməsi təsdiq edilir".

Alim qeyd edib ki, İsa Qəmbər kimi bir adamın oğlunun Kanadada belə işlərlə məşğul olması ciddi qalmaqaldır:

"Razıyam, ata övladının işinə qarışa bilməz. Bəs tərbiyəsi ilə məşğul olub, Vətəni sevdirməyi ki öyrədə bilər!

Necə olur yüzlərlə qazi və şəhid atası öz övladlarına Vətən tərbiyəsi verə bilir, amma İsa Qəmbər kimi adam - özü də həyat yoldaşı alim olan biri - oğluna bunu verə bilmir?

İsa Qəmbər, siz Rəsulzadənin yadigarı olan Müsavatda təmsil olunursunuz. O Müsavatda ki, ermənilərə qarşı hər zaman mübarizə aparıb. Yüzlərlə müsavatçı Birinci və İkinci Qarabağ müharibəsində canlarını qoyublar. Şəhid və qazi olublar.

Amma sizin tərbiyə verdiyiniz oğlunuz ermənilərə qarşı savaşan yüzlərlə müsavatçının qanı üzərindən adlayaraq düşmənin yalançı, olmayan tarixi haqqında film çəkir.

Şükür edirəm, nə yaxşı ki, məhz İsa Qəmbər hakimiyyətə gəlmədi. Yoxsa onun İlkin adlı oğlu Bakıda Şaumyana, Andronikə, Mikoyana, Monte Melkonyana heykəl qoyardı.

İlkin adlı oğlu İsa Qəmbərin sonunu gətirdi.

Heyf, çox heyf minlərlə qarabağlı sizin partiyada var. Utanıram onların yerinə!

Baxın, qarabağlılar, inandığınız İsa Qəmbərin oğlu sizin dədə-baba torpaqlarınızda "böyük Ermənistan" yaradıb".

Xəbər 2741 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı

07.10.2025  10:10 

Ruslar Poltava və Sumını vurdu

07.10.2025  02:04 

Rus ordusu Pokrovskda irəliləyib

07.10.2025  00:02 

Xarkovda güclü partlayışlar

07.10.2025  00:00 

Bu ölkədə güclü zəlzələ

06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...

06.10.2025  17:07 

Hülya Avşar yeni imicdə -FOTOLAR

06.10.2025  17:04 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +