ETİBARNAMƏ sistemi: Dünyada yalnız Azərbaycanda qalıb
Türkiyədə zəlzələ olub
Ukrayna raket hücumuna məruz qaldı -Xəsarət alanlar var
Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək
Qazaxıstan Rusiyaya hücum edib?
Əhaliyə şad xəbər: Bitdi...
Azərbaycanlı şairin vəziyyəti ağırlaşdı -FOTO
Cüdoçularımız finala vəsiqə qazandı
Sərnişin qatarına hücum etdilər, yaralılar var -VİDEO


10.06.2022  09:29 

Naxçıvandan seçilən deputaların niyə səsi çıxmır?





A+  A-

Naxçıvana təyyarə biletinin qiymətinin hər adam üçün 10 manat məbləğində artırılması onsuz da ağır vəziyyətdə yaşayan həmin bölgənin əhalisi tərəfindən böyük narazılıqla qarşılanıb. Bunu sosial şəbəkələrdəki etirazlardan, bizə yazılan ismarıçlardan və edilən zənglərdən daha aydın hiss edirik.

Başa düşmək olmur, dövlətin və xüsusilə də AZAL-ın qənaət etməli o qədər korrupsiya mənbəyi sayılan yerləri olduğu halda, niyə kasıb əhalinin boğazına şərik oldular? Sizi inandırım ki, Naxçıvan əhalisi üçün əvvəlki biletin qiyməti, yəni 50 manat da böyük məbləğiydi.

Çünki istifafə etmək üçün başqa alternativ marşrut yoxdur. Bilinməlidir ki, Naxçıvan əhalisi bu talehi könüllü seçməyib, kefindən özünü blokadaya salmayıb. Dövlət elə siyasət yürütməlidir ki, əhalinin orada yaşaması üçün əlavə stimulları olsun. Naxçıvanla bağlı qiymət artımı yox, güzəşt siyasəti üzərində işlər aparılmalıdır.

Çox təəssüf edirəm ki, Naxçıvanı Azərbaycanın Milli Məclisində təmsil edən deputatlarının birinin də bu qiymət artımına etirazını görmədik. Onlardan cavab almaq istəyirəm: niyə susursunuz? Sizə o mandat verilib ki, öz ailənizə, qohum -əqrabanıza şərait yaradasınız, yoxsa xalqı təmsil edəsiniz? Xalqın sözünü belə çətin məqamda demirsinizsə, nə zaman deyəssiniz?

Naxçıvandan Milli Məclisə seçilən duputatlar bunladı: İsa Həbibbəyli, Səttar Möhbalıyev, Eldar İbrahimov, Siyavuş Novruzov, Ülviyyə Həmzəyeva , Cəbi Quliyev.

Naxçıvana biletin qiymətini 1000 manat etsələr belə, akademik İsa Həbibbəyli hər gün ora iki dəfə üçub- qayıda bilər. Çünki oğlu Naxçıvan Gömrük Komitəsinin sədridir. Eldar İbrahimov isə ancaq 90-cı illərdəki Naxçıvan xatirələrindən başqa nədənsə danışmır.

Siyavuş Novruzov səsini çıxarsa deyəllər ki, həyat yoldaşına o boyda Ombudsman vəzifəsi vermişik, sən nəyə etiraz edirsən? Belə çıxır ki, bu deputatları şəxsi mənfəətlərindən başqa Naxçıvan və naxçıvanlılarla heç bir tel bağlamır. Belə olmasaydı, heç olmasa cınqırlarını çıxaradılar…

Məhəmmədəli Qəribli

Xəbər 3400 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.10.2025  16:28 

Sabahın havası necə olacaq?

05.10.2025  15:59 

Türkiyədə zəlzələ olub

04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı


BÜTÜN XƏBƏRLƏR +