Rus ordusu Pokrovskda irəliləyib
Gürcüstanda azərbaycanlı məktəbliyə xəsarət yetirilib
Xarkovda güclü partlayışlar
Bu ölkədə güclü zəlzələ
Ceyhun Bayramov və Hakan Fidan görüşüb
Putin və Netanyahu arasında telefon danışığı olub
TƏBİB-in əməkdaşı bıçaqlandı
Bu rayonlarda altı ay ərzində heç bir iş yeri açılmayıb
Tokayev Azərbaycana səfərə gəldi
Gilan Kərpic Zavodunda ölüm...


13.01.2021  11:06 

ABŞ-da 67 ildən sonra ilk yaşandı





A+  A-

ABŞ Ali Məhkəməsinin son 67 ildə ilk dəfə çıxardığı qadın məhkum barədə ölüm hökmü icra olunub.
XəzərNews.az xəbər verir ki, barəsində ölüm hökmü verilən Liza Montqomeri 2004-cü ildə hamilə bir qadının vəhşicəsinə öldürülməsində təqsirləndirilirdi.

“Associated Press”in məlumatına görə, 52 yaşlı Montqomeri ABŞ-ın “Terre Haute” Cəzaçəkmə Müəssisəsində ölümcül inyeksiya ilə edam edilib. Onun edamı yerli vaxtla 12 yanvar gecə saat 01:31-də icra edilib.

Bundan əvvəl ölüm hökmünün 8 dekabrda icra ediləcəyi planlaşdırılırdı. Daha sonra isə məhkəmə edamın icrasını 12 yanvar tarixinə təxirə salıb.

Montqomerinin işi ilə bağlı ABŞ Ali Məhkəməsinin saytında yerləşdirilən bir açıqlamada isə “Ölüm hökmünün icrasını dayandırmaq üçün verilən növbəti vəsatət rədd edilib”,- deyə qeyd edilib.

Montqomerinin federal vəkili Kelli Henri edam qərarına görə məyus olduğunu ifadə edərək, federal hökumətin edamın icrası ilə konstitusiyanı, federal qanunları və tənzimləmələri pozduğunu bəyan edib.

“Uğursuz bir administrasiyanın özünəməxsus qana susamışlığı bu axşam açıq nümayiş olundu. Liza Montqomerinin edamında iştirak edən hər kəs utanc hissi keçirməlidir”,- deyə Kelli Henri qeyd edib.

Onun sözlərinə görə, ABŞ konstitusiyası ölüm hökmünü rasional olaraq anlaya bilməyən bir insanın edamını qadağan edir.

“Hazırkı administrasiya bunu bilir. Bununla belə onu öldürdülər”,- deyə o, sözlərinə əlavə edib.

Montqomeri ABŞ-da 1900-cü ildən bu yana federal hökumət tərəfindən edam edilən üçüncü qadındır.

ABŞ-ın Ölüm Cəzası Məlumat Mərkəzinə görə, 1600-cü ildən bəri ABŞ-da edam olunan 16 000 məhkumun 4 faizindən azını qadınlar təşkil edir.

Xatırladaq ki, L. Montqomeri 2004-cü ildə ağır cinayət törədib. Belə ki, o, 23 yaşındakı hamilə qadını boğaraq öldürüb. Daha sonra isə qarnını yararaq bətnindəki körpəni oğurlamağa cəhd edib.

Qeyd edək ki, qadın məhkum özü 4 uşaq anasıdır.

Xəbər 4009 dəfə oxunub.



07.10.2025  02:04 

Rus ordusu Pokrovskda irəliləyib

07.10.2025  00:02 

Xarkovda güclü partlayışlar

07.10.2025  00:00 

Bu ölkədə güclü zəlzələ

06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...

06.10.2025  17:07 

Hülya Avşar yeni imicdə -FOTOLAR

06.10.2025  17:04 

Sabah bu ərazidə qaz olmayacaq

06.10.2025  16:20 

Məşhur futbolçunu ayı qovaladı

06.10.2025  15:58 

Rusiya Ukrayna raketini vurdu


BÜTÜN XƏBƏRLƏR +