Daha iki prorektor vəzifədən uzaqlaşdırıldı -FOTO
Çin İranda infrastruktur obyektləri inşa edir?
Zibil maşını aşdı -VİDEO
Tbilisidə meşədə gizlədilmiş silah və sursat aşkarlanıb
Su ilə bağlı xərclərin bir hissəsi şişirdilib - Hüquqşünas
Baş nazirdən pensiyalarla bağlı... - Qərar
Yeni ildə ardıcıl 5 gün iş olmayacaq
Bu ölkədə güclü zəlzələ
Ərdoğan Azərbaycana səfər edəcək
Partlayış olacaq: Nazirlikdən XƏBƏRDARLIQ


12.10.2017  14:27 

Ramin Hacılıya hökm oxundu - Saxta sənəd düzəldib...





A+  A-

Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, məhkəmədə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Digər təqsirləndirilən şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov barəsində 2 il müddətinə icbari iş təyin olunub.

Cinayət işinin başlanmasına səbəb kimi Hacılı Ramin Rasim oğlunun ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

İttihama görə, ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əmək haqqı almaları barədə hüquq verən rəsmi arayışlar saxtalaşdırılmaqla hazırlanıb.

Daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov cəlb olunublar.

Məlum olub ki, R. Hacılı tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, qanunsuz hazırlama və satma barədə Qismət Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. R. Hacılı "Azərbaycan Avropa Hərəkatı" adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyən Q. Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən "Elend Educational And Travel Agency" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

O, 2 noyabr 2016-cı ildə Qismət Məmmədovun adına "Ustop" geyim mağazasının sahibi olması və aylıq əmək haqqının 3200 manat təşkil etməsi barədə həqiqətə uyğun olmayan rəsmi sənəd hesab edilən arayış tərtib edib. Cəmiyyətin adınadan ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə ünvanlanmış 18 noyabr 2016-cı il tarixli 096 nömrəli müşayiət məktubunu saxtalaşdırıb qanunsuz hazırladıqdan sonra həmin saxta məktubu 2 noyabr 2016-cı il tarixli saxta arayışla birlikdə əvvəlcədən aldığı 100 manat pul müqabilində Qismət Məmmədova satıb.

Eyni məzmunlu əməllərin yuxarıda adı keçən digər şəxslərlə birlikdə də törədildiyi bildirilib.

İstintaq müddətində Ramin Hacılı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hökm bir müddət əvvəl elan edilib.

Xəbər 2965 dəfə oxunub.




06.10.2025  10:52 

Zibil maşını aşdı -VİDEO

06.10.2025  09:41 

Bu ölkədə güclü zəlzələ

06.10.2025  08:57 

Məşhur futbolçu vəfat etdi

06.10.2025  08:29 

Bu yollarda tıxac var -SİYAHI

05.10.2025  16:28 

Sabahın havası necə olacaq?

05.10.2025  15:59 

Türkiyədə zəlzələ olub

04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +