Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik
Mirziyoyev: "Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir"
15 dekabr - Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunsun
“Hicaz” toyuğunun içindən nələr çıxdı
Köçkünlərin Bakıdakı evləri kimlərə verilir?


17.03.2024  18:45 

11 ay araq içib 1 ay oruc tutmaq olar?





A+  A-

Hər dəfə Müqəddəs Ramazan ayı başlayanda köhnə söhbətlər yenidən təzələnir: “Filankəs 11 ay araq içir. Guya 1 ay oruc tutanda dünya düzələcək?”

Hətta bir qədər irəli gedənlər də olur: “Onun orucu onsuz da qəbul olunmayacaq!”

Və heç kim də soruşmur ki, sən hardan bilirsən? Allahın vəkilisən?

Biz qulp qoymağı sevən adamlarıq. Ən yaxşı əməldə belə bir “pis” tərəf tapıb onu gözdən salmağı bacarırıq.

Şəxsən mən müqəddəs Həcc ziyarətinə gedən adamların daş-qalaq edildiyinin dəfələrlə şahidi olmuşam. “Arqument” isə həmişə var: “Niyə o pulu verib beş adamın qarnını doyurmursan?”

Və yenə heç kimin ağlına gəlmir ki, bu sualı dərisinin beş qəpiklik qiyməti olmayan müğənniyə beş milyonluq villa alan məmura, yaxud qeyri-sağlam rəqabət mühitində tenderləri qapazalayan iş adamına versin...

Yaşadığımız hər gün, hər ay dəyərlidir. Amma Ramazan ayının həyatımızda ayrıca yeri var. Buna görə də Ramazan ayına “Ayların Sultanı” deyirlər.

Artıq Ramazan ayı başlayıb. Biz dünyəvi dövlətdə yaşayırıq. Hər kəs öz inancında sərbəstdir. Hər kəsin inandığı kimi yaşamaq hüququ var. Lətifəsi insanlardan uzaq, Anadoluda məşhur bir atalar sözü var: “Hər qoyunu öz ayağından asırlar”.

İnsan günahı da, savabı da özü üçün qazanır.

Söhbəti çox uzatmağın mənası yoxdur. Sözümün canı var, tutaq ki, kimsə 11 ay araq içib 1 ay oruc tutur. Bunun bizə nə dəxli var? Həmin adam ilin 12 ayı, hətta hər gün araq içsə, bundan nə qazanacağıq? Ən azı ildə bir ay spirtli içkilərdən uzaq qalıb günahlarının bağışlanması üçün dua edirsə, bunun bizə nə ziyanı var?

Mən Ramazan ayında mənəvi kamilliyə yüksəlib pis əməllərə ömürlük tövbə edən adamlar tanıyıram. Hər kəsə öz səhvini düzəltmək üçün şans vermək lazımdır.

Yıxılana kötək vuranlardan yox, əppək verənlərdən olaq...

Seymur VERDİZADƏ

Xəbər 2756 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı

07.10.2025  10:10 

Ruslar Poltava və Sumını vurdu


BÜTÜN XƏBƏRLƏR +