Rus deputatı Kadırovu yerə vurdu: Qarşıdurma böyüyür
Baş nazir istefa verdi- FOTO
Dini obyektlərə terror hücumu
Əlilliklə bağlı yeni qaydalar
Baş nazir Azərbaycana gəlir
Daha iki prorektor vəzifədən uzaqlaşdırıldı -FOTO
Çin İranda infrastruktur obyektləri inşa edir?
Zibil maşını aşdı -VİDEO
Tbilisidə meşədə gizlədilmiş silah və sursat aşkarlanıb
Su ilə bağlı xərclərin bir hissəsi şişirdilib - Hüquqşünas


15.03.2024  16:14 

İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu





A+  A-

İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu.

Xəzərnews.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun səfər görüşünün 62-ci dəqiqəsində Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərdiyi epizodu dəyərləndirib. O, referinin qərarı ilə razılaşmayıb: “İngiltərə Premyer Liqasında həmin epizodda, bəlkə də, heç cərimə zərbəsi təyin etmirlər. VAR dəvət etdi, ancaq yenə də söz sahibi baş hakim idi. Futbol mübarizə oyunudur. Belə matçlarda bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm”.

52 yaşlı çalışdırıcı mərhələ adlamaq şansını son anda əldən verdiklərini etiraf edib: “Hər iki oyunda şansımız çox oldu. Həm Bakıdakı, həm də Leverkuzendəki görüşün son saniyələrində qapımızdan qol buraxdıq. Məğlub olsaq da, qazandığımız şeylər çox oldu. Komanda olaraq bu mövsüm azarkeşlərimizə yaxşı oyun göstərdik. Buna görə futbolçularıma təşəkkür edirəm. Daha bir mərhələ irəliləmək istərdik. Ancaq qarşımızdakı rəqibin çox ciddi olduğunu da nəzərə almaq lazımdır. Həmçinin azlıqda qalmağımız da nəticəyə təsir etdi”.

Baş məşqçi qırmızı vərəqə alan Elvin Cəfərquliyevə buna görə irad bildirmədiyini söyləyib: “Oyundan sonra kiminləsə danışmağım, etiraz bildirməyim düzgün olmazdı. Hamının emosiyaları fərqli idi. Biri əsəbləşmişdi, biri üzülmüşdü. Belə vəziyyətdə irad bildirmək düzgün olmaz. Yenə də diqqətli olmalı, daha tez oynamağı bacarmalıdırlar. “Bayer 04” bu mövsüm Almaniya Bundesliqasının da bir çox oyununda son dəqiqə qolu ilə qalib gəlib. Bu, komandanın dözümlülüyündən, düzgün formalaşmasından irəli gəlir. Həm ustalıq, həm fiziki güc, həm də ilboyu bu tempdə oynamaq belə vəziyyətə gətirib çıxarır”.

Qurban Qurbanov həm özünə, həm də futbolçularına Avropa klublarının maraq göstərməsinə də münasibət bildirib. O, “Qarabağ”dan ayrılmaq istəmədiyini deyib: “Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”.

Mütəxəssis artıq Premyer Liqanın XXVII turunda “Turan Tovuz”la keçiriləcək səfər oyununa hazırlaşacaqlarını sözlərinə əlavə edib: “Çempionat oyunlarına köklənmək çətin olmayacaq. İllərdir bu formada oynamışıq. Sadəcə, “Turan Tovuz”la oyun üçün Tovuza getmək bir az çətin olacaq”.

Qurban Qurbanov sonda yeni futbolçu axtarışlarını davam etdirdiklərini bildirib: “Bununla bağlı işlərimiz davam edir. Bəzən buna az zaman ayıra bilərik. Amma ümumilikdə ilboyu baxışlarımız, danışıqlarımız, axtarışlarımız olur”.

Xəbər 5519 dəfə oxunub.




06.10.2025  12:40 

Baş nazir istefa verdi- FOTO

06.10.2025  12:36 

Dini obyektlərə terror hücumu

06.10.2025  12:34 

Sabah hava necə olacaq?

06.10.2025  11:43 

Əlilliklə bağlı yeni qaydalar

06.10.2025  11:26 

Baş nazir Azərbaycana gəlir

06.10.2025  10:52 

Zibil maşını aşdı -VİDEO

06.10.2025  09:41 

Bu ölkədə güclü zəlzələ

06.10.2025  08:57 

Məşhur futbolçu vəfat etdi

06.10.2025  08:29 

Bu yollarda tıxac var -SİYAHI

05.10.2025  16:28 

Sabahın havası necə olacaq?

05.10.2025  15:59 

Türkiyədə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +