Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


23.04.2025  19:34 

Ermənilər Roma Papasının ölümünə niyə sevinir?





A+  A-

Roma Papası Fransiskin ölümünə sevinən bəlkə də yeganə nadürüst insanlar məhz ermənilərdir.

Onların sevinmələrinin səbəbi nədir?

Məsələ burasındadır ki, Papanın vəfatından 11 gün əvvəl, aprelin 10-da İtaliyanın paytaxtı Roma şəhərində (Vatikan dövləti və Papanın iqamətgahı da bu şəhərdə yerləşir) “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib.

Bu konfrans Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Vatikandakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimatdan da göründüyü kimi konfransın əsas müzakirə mövzusu Qafqaz Albaniyası olub. Bu isə ermənilərin narazılığına səbəb olub. Çünki onlar Azərbaycanın dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətəni kimi tanınması və sonradan alban kilsələrinin, məbədlərinin planlı şəkildə "erməniləşdirilməsi" faktlarının üzə çıxması ehtimalından narahat olurlar.

Ona görə də son 10 gündə erməni ekspertlərinin və yutub-kanallarının Vatikan əleyhinə, mərhum Papanın ünvanına təhqir, söyüş dolu açıqlamalarının, strimlərinin baş alıb getməsi heç də təəccüblü deyil.

Qüds Erməni Patriarxlığı və Kilikiya Katolikosu 1-ci Aram Vatikanın əleyhinə sərt şəkildə çıxış edərək bu konfransın Cənubi Qafqazda və s"arsax"da ermənilərin "tarixi varlığ"ının əleyhinə yönəldiyini bəyan etdilər.

Həmçinin, sıravi ermənilər də öz rəylərində Papaya qəzəb püskürür, Azərbaycanın Vatikanı satın aldığını deyirlər. Sergey Karapetyan adlı bir erməni yazır ki, Azərbaycan bir neçə il əvvəl Vatikanın bərpasına töhfə vermək qərarına gələndə, sonradan bu töhfədən istifadə edəcəyi öncədən aydın idi.

Nədənsə, sergey karapetyanlara, aram martirosyanlara, iveta muradyanlara elə gəlir ki, bu cür konfranslar Bakının ermənilərin tarixini silbaşdan, yenidən yazmaq və dəyişdirmək istəyinə xidmət edir.

Ermənilərin belə düşünmələrində təəccüblü bir şey yoxdur. Çünki onlar özləri də daim tarixi faktları saxtalaşdırmaqla məşğul olduqlarına görə bu gün Vatikanda keçirilən konfransdan xoflanır və düşünürlər ki, yəqin biz də onların yoluyla gedəcək, tarixi həqiqətləri təhrif etməyə girişəcəyik. Necə deyərlər, xain xoflu olar.

Lakin bizim isə tarixi həqiqətləri təhrif etməyə əsla ehtiyacımız yoxdur. Çünki biz erməni deyilik. Qafqaz Albaniyası ilə bağlı bütün həqiqətlər ortadadır və biz sadəcə tarixi ədalətin bərpası üçün gərəkənləri edirik.

Ona görə də ermənilərin Roma Papasını hədəfə almaları, ona qarşı linç kampaniyası aparmaqları tamamilə yersiz hərəkət idi. Eyni zamanda, Papanı Qafqaz Albaniyası məsələsində ermənilərin əleyhinə mövqe tutmaqda ittiham etmək allahsızlıq idi.

P.S.
Beləliklə, son günlərdə öz canının hayında olan Roma Papasının haqqı da insanlıq hissini itirmiş ermənilərin boynunda qaldı. Çox yəqin ki, o biri dünyada Papanın bir əli daim ermənilərin yaxasında olacaq.

P.P.S.
Biz isə Qafqaz Albaniyasının Azərbaycanın tarixi irsi və dövlətçilik qaynağı kimi təbliği və dünyada tanıtımı işində daha fəal tutmalıyıq. Doğru yol seçmişik.

Bəybala Mirzəyev

Xəbər 4694 dəfə oxunub.



01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +