Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt
Prezident sərəncam imzaladı
Ukrayna ordusu Orel və Vladimir şəhərlərinə zərbə endirib -FOTO/VİDEO
Saxta sənədlə Azərbaycana gəldi, hava limanında saxlanıldı
Sabiq deputatın oğlu Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO
Zəfər paradına hazırlıq işlərindən görüntülər -FOTO
Xəzər dənizində zəlzələ olub
Azərbaycanlı avtoritet polisə atəş açdı
Generalın lüks maşınları necə əlindən çıxdı?
Vəkil Elkin Kərimli “Həmdəm” hoteldə ölü tapıldı


03.11.2025  14:20 

Bizə zərər vermək istəyənlərə layiqli cavab verməliyik - Əliyev





A+  A-

“Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.

Prezident bildirib ki, bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır:

“Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm”.

“Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin deməli aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik”, - dövlət başçısı qeyd edib.


Xəbər 1099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +