7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


30.05.2019  12:27 

“Belə informasiyalar müəllimlərin nüfuzunu aşağı salır”





A+  A-

"Mətbuat Şurasına il ərzində 600-700 şikayət daxil olur ki, onların da 30%-ə qədəri məktəblərlə bağlı olur".
XəzərNews.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin mətbuat nümayəndələri üçün təşkil olunmuş təlim proqramında çıxışı zamanı deyib. O bildirib ki, həmin şikayətlər əsasən məktəb rəhbərlərindən, müəllimlərdən daxil olur: "Reket saytlarda yer alan yalnış informasiyalar müəllimlərin nüfuzunu aşağı salır. Ancaq jurnalistlərin haqlı olduğu məqamlar da olur ki, bu zaman biz şikayətçi tərəflə məsələnin aydınlaşdırılmasına nail oluruq. Sosial şəbəkələrdə və bəzi KİV-də yer alan təhrif olunmuş informasiyalar insanlarda yanlış təsəvvür yaradır.

Həmin xəbərləri oxuyan zaman insanlar güman edir ki, Azərbaycan məktəblərində müəllimlər savadsızdır, rüşvət tüğyan edir, təhsil prosesi düzgün aparılmır. Bizim cəmiyyət jurnalistlər vasitəsilə məktəblərdən bir şey umurlar ki, məktəb təhsillə yanaşı, həm də uşaqlara tərbiyə verməlidir. Ancaq tərbiyə ailədən gəlir. Evdəki övlad sözlə tərbiyə olunmur, müşahidə vasitəsilə öyrənir".

Xəbər 3514 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +