İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


19.05.2025  12:57 

Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO





A+  A-

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XəzərNews.az DTX-ya istinadla xəbər verir ki, aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir.

Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir.



DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilmişdir. Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları - Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunmuşdur. Cinayətkar dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 2359 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +