Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


25.09.2022  09:51 

Kilisədə Azərbaycan musiqisi səsləndirildi





A+  A-

Avstriya Respublikasının paytaxtı Vyana şəhərində yerləşən, Vyananın ən qədim kilisəsi olan Müqəddəs Peter kilsəsində “Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçirilib.

XəzərNews.az xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Vyanada fəaliyyət göstərən ”Culture Meeting Point” təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsert öncəsi çıxış edən “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova 2022-ci ilin Azərbaycanda “Şuşa İli“ elan olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Azərbaycan mədəniyyətinin inkişafında misilsiz rol oynayıb. Dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Niyazi, Bülbül, Xan Şuşinski və digər tanınmış şəxsiyyətləri Azərbaycan musiqi mədəniyyətinə bəxş edib.

O, nəzərə çatdırıb ki, orqan konserti Şərqlə Qərb arasında musiqi körpüsü xarakteri daşıyır və bu konsert çərçivəsində Avstriyada ilk dəfə Azərbaycan muğam musiqisi orqan alətinin ifasında təqdim ediləcək.

Fərəh Tahirova bu konsertin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Müqəddəs Peter kilsəsinin direktorluğuna minnətdarlığını bildirib.

Sonra ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edib. Tanınmış musiqiçinin ifasında Azərbaycan və alman bəstəkarları Qara Qarayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Yohann Ernst Eberlin, Georq Mufat və Yozef Rennerin əsərləri təqdim edilib.

Avstriya tarixində bir ilk, kilisədə Azərbaycan musiqisi səsləndirildi.

Avstriya Respublikasının paytaxtı Vyana şəhərində yerləşən,Vyananın ən qədim kilisəsi olan Müqəddəs Peter kilsəsində “Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçirilib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Vyanada fəaliyyət göstərən ”Culture Meeting Point” təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsert öncəsi çıxış edən “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova 2022-ci ilin Azərbaycanda “Şuşa İli“ elan olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Azərbaycan mədəniyyətinin inkişafında misilsiz rol oynayıb. Dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Niyazi, Bülbül, Xan Şuşinski və digər tanınmış şəxsiyyətləri Azərbaycan musiqi mədəniyyətinə bəxş edib.

O, nəzərə çatdırıb ki, orqan konserti Şərqlə Qərb arasında musiqi körpüsü xarakteri daşıyır və bu konsert çərçivəsində Avstriyada ilk dəfə Azərbaycan muğam musiqisi orqan alətinin ifasında təqdim ediləcək.

Fərəh Tahirova bu konsertin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Müqəddəs Peter kilsəsinin direktorluğuna minnətdarlığını bildirib.

Sonra ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edib. Tanınmış musiqiçinin ifasında Azərbaycan və alman bəstəkarları Qara Qarayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Yohann Ernst Eberlin, Georq Mufat və Yozef Rennerin əsərləri təqdim edilib.

Xəbər 2521 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +