Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


16.08.2021  09:22 

Amerikalı hərbçilər Kabildə xəbərdarlıq atəşi açdı





A+  A-

Amerikalı hərbçilər Kabil hava limanında havaya xəbərdarlıq atəşi açıb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “AFP” agentliyi yayıb. Məlumata əsasən, bir qrup insan Əfqanıstan paytaxtının yeganə hava limanında uçuş-eniş zolağına çıxdığından amerikalı hərbçilər havaya atəş açmaq məcburiyyətində qalıb.

“Mən burada çox qorxuram. Onlar havaya çoxlu atəş açır. Bir qızın necə tapdalandığını və öldürüldüyünü gördüm”, - deyə hadisə şahidlərindən biri agentliyə bildirib.

“Əl-Cəzirə” telekanalının daha əvvəl verdiyi məlumata görə, Kabil hava limanında helikopterlərin intensiv uçuşu səbəbindən xaos hökm sürür. Bu helikopterlərin ölkədəki diplomatik missiyaların əməkdaşlarını daşıdığı bildirilir. Telekanal həmçinin “Taliban” hərəkatından qaçmağa çalışan vətəndaşların hava limanına toplanmasını da vurğulayıb.

Qeyd edək ki, radikal “Taliban” hərəkatı avqustun 15-i Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.

Xəbər 3218 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +