Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


28.07.2017  11:27 

Benzinin qiyməti artdı, bəs keyfiyyəti də yaxşılaşdımı...





A+  A-

İyulun 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılaraq, 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Rəsmi açıqlamada bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Beləliklə, artıq 15 gündür “Aİ-92” 70 qəpiyə deyil, 90 qəpiyə atılır. Benzin bahalaşdı, bəs keyfiyyəti necə, yaxşılaşdımı?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, qiymət tənzimlənməsindən sonra Azərbaycanda yanacağın keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq işlər görülür:

“Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxsin tərkibində fəaliyyət göstərən neft-kimya məhsullarının sınağı laboratoriyasında yanacağın keyfiyyəti mütəmadi yoxlanılır. Ona görə əminliklə və birmənalı deyə bilərik ki, yoxlanılan yanacağın keyfiyyətində heç bir problem aşkar olunmayıb. Keyfiyyətin avro-4 standartlarına uyğunlaşdırılması ilə bağlı sənayedə və istehsal prosesində işlər sürətlə davam etdirilir”.

F.Talıblı bildirib ki, yanacaq istehsalı zavodunda yeniliklər tətbiq edildikcə, keyfiyyətin avro-4 satndartlarına çatdırılması nəzərdə tutulub:

“Tarif Şurasının qərarlarında qiymət artımının sənayenin inkişafına gətirib çıxaracağı və yanacağın avro-4 standartına uyğunluğunlaşdırılacağına şərait yaradılacağı bildirilib”.

(modern.az)

Xəbər 2855 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +