Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


25.07.2018  09:46 

“Heç erməni Zara da bu hadisəni törətməzdi”





A+  A-

“Son günlərin üç hadisəsinə verilən reaksiyalara diqqət edirəm. Ardıcıllıqla belə sadalamaq olar: Birincisi, erməni müğənni Zaranın Bakıdakı "Jara"ya gəlişinə etirazlar; İkincisi, Qubada ərəb turistə ağacın kölgəsində daldalanmağa 5 manat pul tələbinə təəccüb; Üçüncüsü, Yasamalda onlarla ağacın dibinə kimyəvi turşu (xalq arasında əzəldən buna "kislota" deyərlər) tökərək qurudulmasına heyrət”.
XəzərNews.az xəbər verir ki, bunu sosial şəbəkədə millət vəkili Fazil Mustafa yazıb. O, qeyd etdiyimiz şəkildə giriş verdiyi yazıya “Görəsən cəmiyyətimizin insanları üçün bu üç hadisədən hansı daha vahimdir?” sualı ilə davam edib. Millət vəkilinin fikrincə belə anlaşılır ki, əksəriyyət üçün bu hadisələrdən ən vahimi Zaranın "Jara"ya gəlməsi sayılır: “Əlbəttə, erməniçiliyi təbliğ edən birisinin hansı statusla olursa olsun, kimin himayəsi ilə olursa olsun, Azərbaycana gətirilməsi anormaldır, yolverilməzdir. Adamın indiyədək Azərbaycanla bağlı hansısa müsbət mesajı yoxdur və bundan sonra da belə bir mesajı gözlənilmir, o halda cəmiyyətin heysiyyatı ilə oynamağa nə zərurət var?

Xüsusilə də Gəncə hadisələrinin ajiotajı hələ gündəmdən qalxmamış cəmiyyətdə yenidən emosional ajiotajın yaranmasına nə lüzum var? Ancaq yenə də bu hadisəyə bir keçici epizod kimi baxılmalıdır, çünki bir qərarla çözüləsi məsələdir və ümid edirəm ki, səlahiyyətli şəxslər ictimai rəyi nəzərə alıb bu yanlış addımı dayandıracaqlar”.

İkinci mövzudan, yəni ağacın kölgəsidə daldalanmağa görə pul tələb edilməsindən danışan F. Mustafa qeyd edir ki, bu, ölkənin turizm perspektivi üçün xoşagələn hal deyil: “Lakin bunu da o samovar qaynadan uşağa izah etmək mümkündür ki, Allahın kölgəsini özüəlləşdirmə, adamdan içdiyi çayın pulunu alıb yola salman daha doğru və əxlaqlı davranış olar”.

Millət vəkili sonra üçüncü məsələdən danışıb: “Düzəlməyəcək, dəyişməyəcək, cəza ilə bərpa olunmayacaq məhz üçüncü hadisədir, üçüncü! Həmin hadisəni də erməni əsilli Zara törətməyib, hətta erməni əsilli Zara bizə düşmən olmasına rağmən bu hadisəni törətməz, bunu Azərbaycan vətəndaşı, öz azərbaycanlımız içi sızlamadan, ürəyi ağrımadan rahatlıqla, məsuliyyəsizliklə törədib və təbii ki, hansısa cəza almayacağına arxayınçılıqla törədib.

Ağacın dibinə kimyəvi turşu tökərək məhv edənlərin bizə oxuduğu mənəviyyatsızlıq inanın ki, Zaranın hətta ermənicə, rusca bizə oxuyacağı mahnıdan daha ağır gələcək. Bu, ağacı kəsməkdən də daha dəhşətli qətliamdır, ağacı zəhərləyərək öldürmək bəlkə də dünyada analoqu olmayan bir vəhşilikdir və bu vəhşiliyi törədənlər də bizimlə bir ölkədə, bir səmanın altında rahatca yaşayırlar. Zara da cəhənnəmə, turistdən kölgələnmək üçün tələb olunan 5 manat da cəhənnəmə, mahiyyət budur ki, gözümüzün önündə öldürülən bu ağacların artıq kölgəsi olmayacaq və bizlər də bu halımızla özümüzdən müştəbeh durumda ərəb turistlərin pintiliyindən, vəhşiliyindən hər gün ağızdolusu danışacağıq. Öz oturduğu budağı kəsməkdən də o tərəfə getmişik e...

Artıq kölgəsinə sığındığımız ağacı zəhərləyib öldürürük. Bu kölgə olmayandan sonra heç o uşaq da kölgələnmək istəyən bir Allah bəndəsindən 5 manat pulu da istəyə bilməyəcək”.

Xəbər 1912 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +