Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


27.12.2018  16:14 

Vidadi Əzizin keçmiş MTN-nin şöbə rəisinə qarşı mülki iddiası rədd edilib





A+  A-

Bu gün Ali Məhkəmədə özünü iş adamı kimi təqdim edən Vidadi Əzizin (Əzizov) keçmiş MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərova qarşı cəzasının agırlaşdırılması və mülki iddiasına baxılıb.
XəzərNews.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Vidadi Əzizin hər iki iddiası rədd edilib.

Qeyd edək ki, V.Əziz müxtəlif yollarla insanları aldadaraq onlardan mənimsədiyi külli-miqdarda pulları (borc, işədüzəltmə) “MTN işi”ndən əldə edəcəyi vəsaitlə qaytaracağını söz veribmiş. Lakin sonuncu daxil, “MTN işi” ilə bağlı keçirilən bütün proseslərdə V.Əzizin iddiaları öz təsdiqini tapmayıb.

Qeyd edək ki, “MTN işi” ilə bağlı keçirilən məhkəmə prosesində Vidadi Əziz iddia edirdi ki, 2012-ci ildə keçmiş MTN əməkdaşları tərəfindən həbs olunub, 700 min dolları ondan zor gücünə alınıb, 300 mininin geri qaytarılıb, daha sonra isə təkrar 40 min dolları alınıb. Təbii ki, məhkəmə prosesində Vidadi Əzizin iddiası isbat olunmadı, həbs olunan MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov azadlığa buraxıldı. Dövlət İttihamçısı Vüqar Quliyev birinci instansiya məhkəməsində çıxış edərək zərərçəkmiş Vidadi Əzizin Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat, Mirəziz Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırdığını bildirdi. Əlavə etmişdidi ki, zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Təqsirləndirilən M.Əsgərovun üzərinə həbs qoyulmuş əmlakı (bir ev, bir avtomobil) və evindən götürülmüş pul (təxminən 1500-2000 manat) geri qaytarılır. “Zərərçəkmiş” Vidadi Əzizin (Əzizovun) apelyasiya şikayəti də təmin olunmur.

Xatırladaq ki, adı mətbuatda borc qalmaqalında hallanan V.Əzizə müxtəlif vaxtlarda qaçaqlamlçılıq yolu ilə İran-Dubay-Bakı marşrutu üzrə 3 milyon dollara qədər pul göndərilib. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan V.Əzizə bu pulların nə üçün göndərildiyi hələ sirr olaraq qalmaqdadır.

Azərbaycanda insanlardan borc və görəcəyi işlərin müqabilində aldığı 1,5 milyon manatdan çox pulu isə hara xərclədiyi qeyri-müəyyəndir. Mətbuatda gedən xəbərlərə görə, Vidadi Əziz bu pulların bir hissəsi ilə vətəndaş nikahında olduğu Əhmədova Təranə Firuddin qızının adına Bakıda bir neçə mənzil alıb, Goranboy şəhərində villa tikdirib, torpaqlar əldə edib, ferma təsərrüfatları yaradıb. Qeyd olunur ki, Vidadi Əzizin öz adına heç bir əmlak yoxdur, bütün əmlakı həyat yoldaşı Təranə Əhmədovanın adınadır. Özü isə xanımı ilə rəsmi nikahda deyil, hətta şəxsiyyət vəsiqəsində də “subay” yazılıb. Bunu qəsdən edir ki, həbs olunacağı təqdirdə əmlakı müsadirə olunmasın. V.Əziz həm də tez-tez qeydiyyat ünvanını dəyişir.

Xəbər 3793 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +