Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.12.2023  20:15 

Şəmkirdə 43 yaşlı kişi yatdığı yerdə güllələnibmiş





A+  A-

Ötən ilin 19 oktyabrında Şəmkir rayonunda 43 yaşlı Ruslan Bayramovu güllələyərək qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

Xəzərnews.az xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü Mustafa Eyyubov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cu (xuliqanlıq niyyəti və köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə R.Bayramovun yaşadığı və əmisinə məxsus olan evdə baş verib. Hər iki şəxs həmin evdə yeyib-içiblər və sərxoş vəziyyətə düşüblər. Bu zaman onların arasında mübahisə yaşanıb. R.Bayramovun spirtli içkinin təsirindən yuxuya getməsini görən Mustafa divarda ona məxsus olan tüfəngi götürərək baş nahiyəsinə atəş açıb. Ağır xəsarətlər alan R.Bayramov hadisə yerində ölüb. Mustafa Eyyubov hadisədən sonra Bakıya qaçıb.

O da məlum olub ki, Mustafa Eyyubov ailəli, üç uşaq atası, Ruslan Bayramov isə iki uşaq atası olub. Mustafa Eyyubov hadisədən əvvəl Ruslanla birgə ova getmək barədə razılaşdıqlarını və mübahisənin də ona “səriştəsiz ovçu” deyilməsinə görə baş verdiyini bildirib.

Həmçinin Mustafa Eyyubovun əvvəllər bir neçə dəfə oğurluq əməlinə görə məhkum edilməsi məlum olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb. Məhkəmə M.Eyyubovu qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 18 il həbs cəzası verilib./Qafqazinfo

Xəbər 5654 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +