Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


19.02.2024  11:50 

Silah və narkotik satanlar saxlanılıb





A+  A-

Bakının Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Kamran Abuzərov saxlanılıb.

Xəzərnews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Həmçinin Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb.

Xəbər 5490 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +