Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


28.06.2019  16:43 

Uşaqlara 28 adın qoyulmasının qarşısı alınıb





A+  A-

Ad hər bir insanın cəmiyyətdə fərd olaraq seçilməsini təmin edən bir vasitədir. İnsanlar adlara görə biri- birindən fərqlənirlər. Kimisi adına görə fəxr edir, kimisi də bundan xəcalət çəkir. Ən böyük məsuliyyət isə valideynlərin üzərinə düşür. Çünki bu məsələdə valideynlər övladlarını düşünməyərək ağıllarına gələn adları qoyurlar. Elə adlar var ki ,onların xüsusi qoyulma səbəbi var,eləsi də olur ki, sadəcə istəkdən qoyulur.
Ölkədə yetəri qədər maraqlı adlara rast gəlirik. Meyvədən tutmuş, quş, avtomobil, elektrik avadanlıqları, hətta rayon adları da qoyanlar var.

Görəsən belə adları qoymaqda məqsəd nədir? Eşidilən zaman diqqət kəsb etməkmi, yoxsa elə ad xatirinə ad qoymaqmı?

XəzərNews.az bildirir ki, bununla bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış adlar və soyadlar üzrə Xüsusi Komissiyasının sədr müavini Səyalı Sadıqova Modern.az saytına açıqlama verib.

O bildirib ki, son zamanlarda Komissiyaya adqoyma ilə bağlı 70-ə yaxın müraciət daxil olub.

Onlardan 28 adın qoyulmasının qarşısı alınıb. Qarşısı alınan adlardan bəziləri bunlardır: İşbilir, Xunçar, Cücəbacı, Xubla, Fəqih, Aymələk, Cəld, Aliza, İstifa, Əskiyə, Bəkəra. Bu adların qoyulması tövsiyə olunmur.

S.Sadıqova onu da qeyd edib ki, Müavin, Alfira, Xublar kimi adların verilməsi üçün məhkəməyə müraciət olunub, ancaq buna baxmayaraq qəti şəkildə qarşısı alınıb.

“Lakin Fəxrfarş, Fəhminə, Elsevən, Elsurə, Bəxtişən, Çingizdəmir, Bəxtinur, Ceyhan, Ayla, Fəğan, Aylanur kimi adların verilməsi biz tərəfdən tövsiyə olunub.

Müəyyən adlar var ki, valideynlər ad xatirinə ad qoyurlar. Məsələn: Lili adını qoymaq istəyən bir valideyn vardı, uzun müddət mübahisə etdi, ancaq biz mənasını açıb deyəndən sonra özü bu adı qoymaqdan imtina etdi”-deyə S.Sadıova bildirib.

O deyib ki, bu kimi məsələlərin aradan qaldırılması üçün maariflənmə işləri aparılmalıdır.

“Ona görə ki, validenlər qoyduqları adın mənasını, mahiyyətini bilsinlər. Ad təkcə bir ailəyə məxsus deyil, ona sosial bir hadisə kimi baxlılır. Xalqın , millətin mentalitenini özündə əks etdirir.

Komissiyanın xətti ilə 2014 cü ildə 1750 ad təmamilə siyahıdan çıxarılıb. Ansambl, Kolxoz, Sovxoz, Traktor kimi adlar.

Bu cür xüsusi adlar verilmir, indi mənası olmayan adlar daha çox dəbdədir. Məsələn Xunkar adı nə deməkdir? Mənası olmayan bir addır. Ancaq buna baxmayaraq bu adı övladlarına qoymaq istəyən bir çox valideyn var.

Elə adlar da var ki, onların hər birinin öz gözəlliyi və mənası var. Məsələn, Elnurə, Cavidan, Selcan , Bikəxatun və s. Çünki bu adaların mənası var və xalq tərəfindən daha çox sevilir. Lakin mənasız, gülüş doğuran adlar da var ki, onlara qarşı biz tərəfdən qoyulmaması üçün mübarizə aparılır”- deyə S.Sadıqova əlavə edib.

Xəbər 1393 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +