Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


06.03.2023  17:26 

“Maşın alandan sonra düşmənim artdı” - Pərvin





A+  A-

“Kimsə düşünür ki, nəyisə paylaşanda, göstərəndə, deyir ki, nəzərdən qorxuram. Mən isə bədnəzərdən güclənirəm. Deyirəm, əcəb edirəm. Maşın alandan sonra elə bil düşmənim daha çox artdı”.

Bu sözləri “MTV Magazin”ə açıqlamasında aktrisa Pərvin Abıyeva deyib.

650 minlik avtomobilindən danışan Pərvin söyləyib ki, hələ də maşın üçün ödəniş edir:

“Allah mənə verdiyindən ətrafımdakılara qat-qat çoxunu versin ki, mənimkində, az varımda gözləri olmasın. Bədnəzərdən qorxmuram. Amma insanların dilinə düşməyi sevmirəm. Bu məsələdə də nömrə birəm. Maşını nağd almamışam, pulunu verib bitirməmişəm. Sevdiyim avtomobildir, hər nədirsə, mənimdir. Çox sürətli maşın idarə etməyi sevmirəm, hansısa rayona gedəndə sürətlə sürürəm.

Cərimələrimin hamısını ödəyirəm. Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın. Mən rüşvət verməmişəm, tələb olunmayıb. Bundan da yana deyiləm, bir cəzam varsa, cəriməm yazılır, ödəyirəm”. Olay

Xəbər 2584 dəfə oxunub.




20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +