Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


17.05.2018  18:34 

İyunda 6 gün iş olmayacaq...





A+  A-

Bu il iyun ayında Ramazan və Milli Qurtuluş Günü ilə əlaqədar 5 gün ölkədə qeyri-iş günü olacaq.
XəzərNews.az-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə bildirib ki, iyunun 15-də ölkədə Milli Qurtuluş Günü, iyunun 15 və 16-sında isə Ramazan bayramı qeyd ediləcək.

Lakin Milli Qurtuluş Günü və Ramazan bayramının üst-üstə düşməsi, eləcə də bayram günlərindən birinin, yəni iyunun 16-sının həftələrarası istirahət gününə (şənbə gününə) düşməsi ilə əlaqədar ölkədəki qeyri-iş günlərinin tarixlərində dəyişiklik edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 18,19 iyun tarixləri istirahət günləri sayılacaq.

Beləliklə, bazar günü də nəzərə alınarsa, iyunun 15,16, 17, 18 və 19-u ölkədə qeyri-iş günü, iyunun 20-si iş günü olacaq.

Qeyd edək ki, iyunun 26-da Silahlı Qüvvələr Günü kimi qeyd edildiyindən həmin gün də iş günü hesab edilməyəcək.

Xəbər 2820 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +